Icma.az
close
up
RU
Müharibə hazırlığı: Avropanın ən böyük limanını hərbi bazaya çevirirlər

Müharibə hazırlığı: Avropanın ən böyük limanını hərbi bazaya çevirirlər

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Rusiya prezidenti Vladimir Putinin fəaliyyətini diqqətlə izləyən Avropa ən böyük limanını hərbi bazaya çevirmək qərarı verib.
Reyting.az
-ın məlumatına görə, Avropanın ən böyük ticarət qapısı olan Hollandiyadakı Rotterdam limanı qitədə artan təhlükəsizlik narahatlıqlarına uyğun olaraq Rusiya ilə mümkün müharibə ssenarisi üçün hazırlıqlarını sürətləndirib.
Liman rəhbərliyi hərbi yük gəmiləri üçün xüsusi sahələr ayırmağa, lazımi logistik planlar qurmağa və qonşu limanlarla əməkdaşlığı artırmağa başlayıb.

Rotterdam liman idarəsinin baş direktoru Boudevijn Siemons deyib ki, Britaniya, Amerika və Kanada hərbi maşın və sursatlarının daşınması üçün qonşu Antverpen limanı ilə koordinasiyalı şəkildə işləyirlər:
“Hər terminal hərbi yük üçün uyğun deyil. Böyük miqdarda hərbi materialın daşınması lazım gələrsə, biz Antverpen və ya digər limanlarla tutumu paylaşacağıq. Yarışdığımız yerlər var, amma indi bir-birimizi daha çox tamamlayırıq”.
Rotterdamdakı bu tədbirlər Avropada artan müharibə hazırlıqlarının yalnız bir hissəsidir. Avropa İttifaqı 800 milyard avroluq yenidən silahlanma planı üzərində də işləyir. Bu plan həm ABŞ prezidenti Donald Trampın müdafiə yükünün bölüşdürülməsi ilə bağlı təzyiqinə cavab, həm də Rusiyanın Ukrayna işğalının dördüncü ilinə girdiyi bir vaxtda artan təhlükə qavrayışına qarşı çəkindirici addım kimi qiymətləndirilir.
Hollandiya Müdafiə Nazirliyi NATO-nun tələbinə uyğun olaraq may ayında Rotterdamdan hərbi gəmilər üçün yer ayırmağı xahiş edib.
Xatırladaq ki, Rotterdam limanı əvvəllər hərbi logistikanı öz üzərinə götürüb. 2003-cü il İraq müharibəsi zamanı daşınmalar artıb, lakin hətta “Soyuq müharibə” dövründə də limana xüsusi hərbi dok ayrılmayıb. Bu gün isə vəziyyət çox fərqlidir. Avropa təhlükəsizliyini yenidən dizayn edərkən, logistika infrastrukturlarını hərbi məqsədlərə uyğunlaşdırır.
Hazırda Antverpen limanı ABŞ-nın Avropadakı bazalarına mütəmadi olaraq ləvazimatlar göndərir. Bu səbəbdən iki liman arasında həm hərbi əməkdaşlıq, həm də strateji ehtiyat araşdırmaları sıxlaşır.

Pandemiya və Rusiyanın Ukraynaya təcavüzü kimi böhranlardan sonra Avropanın kövrək təchizat zəncirləri yenidən gündəmə gəlib. Siemons qeyd edib ki, liman ərazilərində təkcə neft üçün deyil, mis, litium, qrafit, dərmanlar, enerji avadanlıqları, hətta qida və su kimi kritik xammallar üçün də strateji ehtiyat sahələr yaradılmalıdır:
“1973-cü il neft böhranından sonra Avropa ölkələri 90 günlük neft ehtiyatlarını saxlamağa başladı. Eyni sistemi digər həyati məhsullara da tətbiq etməliyik”.
Avropa İttifaqının yaxın günlərdə bu kontekstdə yeni “strateji ehtiyat planı”nı açıqlayacağı gözlənilir. Bu plan enerji, səhiyyə, müdafiə və qida kimi sahələrdə Avropanın özünü təmin etməsini artırmaq məqsədi daşıyır.
Onu da qeyd edək ki, 42 kilometrlik ərazidə inşa edilən Rotterdam limanı ildə təxminən 436 milyon ton yük daşıyır. Liman 28 min dəniz və 91 min daxili su gəmisinə ev sahibliyi edir ki, bu da onu Avropanın ən böyük limanı edir.
Y. QACAR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 İyul 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri