Icma.az
close
up
RU
Avropanın “müharibə xofu”na qarşı həmrəylik yürüşü

Avropanın “müharibə xofu”na qarşı həmrəylik yürüşü

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“Qoca qitə” siyasi, iqtisadi məsələlərdən çox, silahlanmaya diqqəti artırıb

NATO ölkələrinin müdafiə xərclərini artırması, Skandinaviya dövlətlərinin ittifaqa qoşulmaq qərarları Avropanın bu məsələyə çox ciddi yanaşdığını göstərir. Müharibə qorxusunun artması Avropa ölkələrini daha sürətlə silahlanmağa vadar edir. NATO-nun əsas üzvləri olan Almaniya, Fransa, Polşa və Britaniya müdafiə xərclərini rekord həddə qaldırıblar. İsveç və Finlandiya isə uzun illərdən sonra neytral mövqelərindən imtina edərək, NATO-ya üzv olublar. Bu addımın özü Avropada təhlükə hissinin hansı səviyyəyə çatdığını açıq göstərir.

Ordusunu gücləndirmək istiqamətində ciddi addımlar atan ölkələrdən biri də Almaniyadır. Hökumət ordusunu Avropanın ən güclüsü etmək üçün onu yenidən silahlandırmaq qərarına gəlib. “BZ” nəşrinin yaydığı məlumat görə, Almaniya müdafiə xərclərinə görə NATO ölkələrini ötməyi planlaşdırır. Qeyd olunub ki, hökumət silah-sursatın alınması üçün 60-dan çox müqavilə bağlamağa hazırlaşır. İyulun sonunda “Reuters2 agentliyi özəl mənbələrinə istinadən yazmışdı ki, Almaniya hərbi büdcəsini dörd dəfədən çox artırmağa hazırlaşır və hazırda hərbi texnika üçün bir neçə milyard dollarlıq sifariş hazırlayır. Məqalədə qeyd olunur ki, Almaniya Kansleri Fridrix Merts müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması məsələsində artıq deputatların dəstəyini alıb. Hərbi xərclərin 2026-cı ildə 83 milyard avroya çatacağı planlaşdırılır.

Son illər hərbi strategiyasını sürətlə dəyişən ölkələrdən biri də Polşadır. 1999-cu ildə NATO-ya qoşulanda onun belə bir məqsədi yox idi. Amma indi Varşava Avropanın ən güclü ordusuna sahib olmağı hədəfləyir. 2024-cü ildə müdafiə xərcləri ÜDM-in 4 faizinə çatdırıldı ki, bu da NATO-da ən yüksək göstəricidir. “Reuters” in məlumatına görə, Polşa 2025-ci ildə müdafiə xərclərini ÜDM-in 4,7 faizinə çatdıraraq NATO-da iqtisadi gücə nisbətdə müdafiəyə ən çox pul xərcləyən ölkə olub. Hökumət, həmçinin sursat istehsalını gücləndirmək üçün PGZ-yə (Polska Grupa Zbrojeniow-Polşanın dövlətə məxsus müdafiə sənayesi holdinqidir.) 2,4 milyard zlot (təxminən 659 milyon dollar) ayırıb.

Qeyd edək ki, hazırda Polşa ordusu 202 min aktiv personal və 350 min ehtiyat qüvvəyə sahibdir. 2035-ci ilə qədər aktiv hərbi qüvvəni 300 minə çatdırmaq planlaşdırılır. Bu, Avropada ən böyük ordusu deməkdir. Ölkənin tank parkı sürətlə modernləşdirilir. ABŞ-dan “Abrams”, Cənubi Koreyadan isə “K2 Black Panther” tankları alınır, yerli istehsal gücləndirilir. Piyada döyüş maşınlarında da sovet texnikası mərhələli şəkildə yeni nəsil “Borsuk”larla əvəzlənir. Həmçinin artilleriya sahəsində Polşa artıq dünyanın ilk onluğundadır. Ordunun arsenalında “Krab” haubitsaları, “K-9” və “HIMARS” sistemləri var. Hərbi donanması hələlik zəif olsa da, Polşa Britaniya ilə yeni freqatların sifarişi üzrə müqavilə imzalayıb. Hərbi Hava Qüvvələri 479 təyyarəyə malikdir ki burada əsasən “F-16” qırıcıları üstünllük təşkil edir. Ölkənin HHQ-si gələcəkdə “F-35” və “FA-50” təyyarələri ilə gücləndiriləcək. Bundan başqa, ABŞ-dan 96 ədəd “Apache” helikopteri və “Patriot” hava hücumundan müdafiə sistemləri alınıb.

***

Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olan Norveç də müdafiə xərclərini artırır. “AP News” xəbər verir ki, Norveç, ən azı, Britaniya istehsalı olan 5 yeni sualtı qayıq əleyhinə hərbi gəmilər almağa razılaşıb. Dəyəri 10 milyard funt sterlinq (13,5 milyard dollar) olan bu müqavilə iki ölkənin NATO-nun şimal cinahında əməkdaşlığını daha da dərinləşdirəcək. Bildirilib ki, Britaniya Norveçə “Type 26” tipli freqatlar təhvil verəcək. Bununla da, Şimali Avropada birgə fəaliyyət göstərəcək 8 Britaniya və ən azı, 5 Norveç gəmisi birgə qüvvə yaradacaq. Bu gəmilər Birləşmiş Krallıqda yerləşən “BAE Systems” şirkətinin başçılıq etdiyi konsorsium tərəfindən istehsal olunur. Norveçin Baş naziri Yonas Qar Störe bildirib ki, NATO üzvü olan ölkəsi yeni freqatlara ehtiyac duyur, çünki onun ölkəsi “İkinci Dünya müharibəsindən bəri ən ciddi təhlükəsizlik vəziyyəti ilə üz-üzədir”. Onun sözlərinə görə, Norveç ABŞ, Almaniya və Fransa istehsallı gəmiləri də nəzərdən keçirib, amma tarixi bağlara görə seçim Britaniyanın üzərinə düşüb.

Ümumiyyətlə, ötən il Aİ üzvləri hərbi xərcləri rekord həddə çatdırıb, bu ilin sonuna kimi daha çox artımın olacağı proqnozlaşdırılır. “Defensenews.com” yazır ki, Avropa Müdafiə Agentliyinin (EDA) hesabatına görə, Aİ keçən il müdafiəyə 343 milyard avro (402 milyard dollar) xərcləyərək rekord qırıb. Bu məbləğin 2025-ci ildə 381 milyard avroya (446 milyard dollar) çatacağı gözlənilir. NATO-nun xərcləri Çinin hərbi büdcəsindən 1,5, Rusiyadan isə 3 dəfə yüksəkdir. Aİ yalnız ABŞ-dan geri qalır və ÜDM-in 1,9 faizini təşkil edir. Yüksək xərclər əsasən yeni avadanlıqların alışı və tədqiqat işləri ilə bağlıdır. Müdafiə investisiyaları ümumi xərclərin 31 faizini, yəni 106 milyard avro təşkil edib. 2024-cü ildə Portuqaliya və İrlandiya istisna olmaqla, bütün üzv ölkələr büdcələrini artırıb. Keçən il ÜDM-in 4 faizə yaxını ilə Polşa liderlik edib, ondan sonra hər biri ÜDM-in 3 faizindən çoxunu hərbi sahəyə xərcləyən Estoniya, Latviya və Litva gəlir. Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib: “Müdafiə vətəndaşlarımızın qorunması üçün əsasdır və Avropa bu sahədə güclənməlidir”.

Beləliklə, Avropada müdafiə xərclərinin sürətlə artması, orduların modernləşdirilməsi və NATO çərçivəsində əməkdaşlığın gücləndirilməsi göstərir ki, qitə ölkələri təhlükəsizlik və müdafiəni prioritet sahə kimi qiymətləndirirlər. Almaniya, Polşa, Norveç və digər ölkələrin ordularını gücləndirmək istiqamətində atdıqları addımlar həm milli maraqların qorunmasına, həm də NATO-nun ümumi müdafiə potensialının artırılmasına töhfə verir. Silahlanma, tədqiqat-inkişaf layihələri və birgə hərbi proqramlar vasitəsilə Aİ üzvləri təhlükəsizlik risklərinə qarşı hazırlığını artırır.

Musa BAĞIRLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2025 07:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri