Icma.az
close
up
RU
Müharibə hazırlığı və ya sülhün alternativinə doğru Risk artır

Müharibə hazırlığı və ya sülhün alternativinə doğru Risk artır

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səxavət Məmməd:  “İnanmıram ki, genişmiqyaslı müharibə olsun, çünki Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq”

Ötən gün Gürcüstanın Batumi şəhərindən Ermənistana qeydə alınan təyyarə uçuşu diqqət çəkib. “GSSR44” “Telegram” kanalında yayılan məlumata görə, “An-26B” tipli təyyarə az öncə İrəvan hava limanına enib. Sovet istehsalı olan “An-26B” təyyarəsi əsasən hərbi və yük daşıma məqsədilə istifadə olunur. Bu səbəbdən də sözügedən reysin məqsədi və təyyarənin nə daşıdığı suallar doğurur. Uçuşun nə ilə bağlı olduğu, eləcə də daşınan yüklə bağlı rəsmi açıqlama verilməyib.

Məlumdur ki, Ermənistan bir müddətdir silahlanır, əsasən də Hindistan və Fransadan alınan silahlarla. Bu isə Ermənistanın müharibəyə hazırlaşdığı ehtimalını artırır.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran hərbi ekspert Səxavət Məmməd deyib ki, Ermənistan faktiki olaraq, iki tərəfdən, həm Fransa, həm də Hindistan tərəfindən ciddi şəkildə suilahlandırılır:

- Ermənistan ərazisinin kiçik olması onların işini bir qədər də asanlaşdırır. Qarşı tərəf üç-dörd qat hava hücumundan müdafiə sistemləri yaratmağa çalışır. Bunu da daha çox Hindistandan tədarük edilən silahlarla həyata keçirilər. Əlbəttə, silahlar alınırsa, bunun daşınması məsələsi var. Hindistandan alınan silahlar daha çox hava nəqliyyatı vasitəsilə gətirilir. Müəyyən qədər də bu, İran üzərindən həyata keçirilir. Hindistan həm də İranda dəniz limanı aldı. Ona görə də, Hindistanın silahları Ermənistana çatdırması quru yolu ilə də həyata keçirilir.

-  Və Fransadan tədarük edilən silahlar...

- Bəli, Fransadan və digər ölkələrdən alınan silahlar daha çox Gürcüstan üzərindən uçan təyyarələrlə Ermənistana gətirilir. İddialar var ki, Gürcüstan üzərindən uçan təyyarələrin içərisində silah yox, daha çox mərmi daşınır. Ermənistanın mərmi aldığı əsas ölkə Rusiyadır. Rusiya Ukraynada müharibə apardığına görə mərmi özünə daha çox lazımdır, müqavilələri yerinə yetirə bilmir. Ona görə də Ermənistan fərqli ölkələrdən, xüsusilə də Avropa ölkələrindən mərmi almağa başlayıb. Gürcüstan üzərindən uçan təyyarələrin içərisində daha çox haubitsa mərmilərinin olması barədə iddialar var. Düşünürəm ki, bu iddialar reallığa söykənir. Bir sözlə, Ermənistanın silahlanması, ordusunu gücləndirməsi müharibəyə hazırlıq kimi qiymətləndirilməlidir.

Onu da deyim ki, biz təkcə silahların alınmasına baxmamalıyıq. Ermənistan ordusunun gücləndirilməsi üçün silahlanma ilə yanaşı, başqa fəaliyyətlər də var. Məsələn, Ermənistan hərbçilərinin Almaniyada təlimlər keçməsi, müxtəlif kurslara cəlb edilməsi faktları var. Eyni zamanda, Yunanıstanla Ermənistan ordusu arasında ciddi əməkdaşlıq var. Bundan əlavə, ABŞ ordusu gəlib Ermənistanda erməni hərbçilərlə birgə təlimlər keçirlər. Bütün bunlar onu göstərir ki, Ermənistanın təkcə hava hücumundan müdafiəsini gücləndirmirlər, məsələyə kompleks yanaşırlar.

- Amma Ermənistan rəsmilərinin bəyanatlarında müharibə ritorikası yoxdur...

- Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan mütəmadi olaraq açıqlamalar verirlər ki, müharibə olmayacaq. Amma keçmişdə hakimiyyətdə olanlar, konkret desək, revanşist qüvvələr olan Köçəryan və Sarkisyan yenidən Qarabağı işğal etmək haqqında bəyanatlar verirlər. Hətta hücum planları haqqında danışırlar, daim bu fikirləri dilə gətirirlər. Nəzərə almaq lazımdır ki, gələn il keçiriləcək seçkilərdə Paşinyan hakimiyyətdən getsə, revanşist qüvvələr hakimiyyətə gəlsələr, o zaman yeni müharibə mümkündür. Unutmaq olmaz ki, bu gün Ermənistan silahlanır, hücum silahları almaqdadır. Paşinyan hakimiyyətdən getsə, silahı özü ilə aparmayacaq, Ermənistan ordusunda qalacaq. Bu nüansa diqqət etmək lazımdır.

- Yəni demək istəyirsiniz ki, müharibə riski qalmaqdadır...

- Əlbəttə. Ümumiyyətlə, bizim ragion elə bir regiondur ki, burada müharibə riski hər zaman öz aktuallığını qoruyur. Atılan addımlar onu göstərir ki, eskalasiya hər an mümkündür. Faktiki olaraq, sülh sazişi imzalanmayıb, yaxınlarda imzalanması da gözlənilmir. Sülhün isə alternativi müharibədir. İnanmıram ki, genişmiqyaslı müharibə olsun, çünki Ermənistan nə qədər silahlansa da, ordusu gücləndirilsə də, Azərbaycan Ordusuna gücü çatmayacaq. Bunu Ermənistan da, onun havadarları da yaxşı bilirlər. Amma şərti sərhəddə təxribatlar törədiləcəyi istisna deyil ki, bu da lokal toqquşma deməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 May 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri