Icma.az
close
up
RU
Müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş keçirilib

Müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 5 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mərdəkan Reabilitasiya Pansionatında müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş təşkil edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin İdarə Heyətinin sədr müavini Vüqar Məmmədov müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, onların reabilitasiyası və sosial inteqrasiyası istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, reabilitasiya mərkəzlərində yaradılmış müasir şərait, fərdi yanaşma və psixososial dəstək proqramları həmin kateqoriyadan olan vətəndaşların yenidən və daha tez sağlamlıqlarına qovuşmalarına xidmət edir.

Qeyd olunub ki, möhtəşəm Zəfərlə yekunlaşan Vətən müharibəsindən sonra agentliyin reabilitasiya mərkəzlərində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində aparılan işlərdən bəhs olunub. Peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onlardan artıq 238 nəfərin əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyduqları bildirilib.

Dövlət Məşğulluq Agentliyinin Tərəfdaşlarla iş departamentinin müdir müavini Vüqar İmanov müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası üçün xüsusi proqramların həyata keçirildiyini deyib. Onların məşğulluğu, peşə bacarıqlarının artırılması, kiçik biznes fəaliyyətinə cəlb olunması və digər istiqamətlərdə görülən işləri diqqətə çatdırıb.

Müharibə iştirakçıları ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər, eləcə də məşğulluq tədbirləri ilə bağlı razılıqlarını ifadə ediblər.

Görüşdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və həyat keyfiyyətlərinin artırılması, eləcə də sosial reabilitasiyası istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri