Icma.az
close
up
RU
Şağan Reabilitasiya Pansionatında müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş keçirilib

Şağan Reabilitasiya Pansionatında müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş keçirilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş keçirilib.

XQ xəbər verir ki, agentliyin idarə heyəti sədrinin müavini Vüqar Məmmədov son illər ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlara dair məlumat verib. O, ölkəmizdə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işləri, qabaqcıl dünya təcrübəsi əsasında tətbiq edilən alternativ reabilitasiya üsullarını diqqətə çatdırıb.

Qeyd olunub ki, möhtəşəm Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya mərkəzlərində 3600 nəfər müharibə iştirakçısı, habelə onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib. Peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onların böyük hissəsi artıq əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar. 

Bu gün həmin müharibə iştirakçılarının böyük bir qismi istər dövlət, istərsə də özəl sektorda müxtəlif vəzifələrdə çalışırlar.

Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Məşğulluq imkanlarının qiymətləndirilməsi departamentinin müdiri Vüqar Əliyev şəhid ailəsi üzvləri və müharibə iştirakçısı olan şəxslərin məşğulluğunun təminatı sahəsində aparılan işləri qeyd edib. 

Postmüharibə dövründə Agentlik tərəfindən bu kateqoriyalardan olan 27 min şəxsin məşğulluğunun təmin edildiyi, o cümlədən 12,9 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərin qurulduğu bildirilib. Habelə döyüşlərdə yaralanaraq əzalarını itirmiş 493 hərbçimizin 610 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edildiyi vurğulanıb. 

Müharibə iştirakçıları ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər, eləcə də məşğulluq tədbirləri ilə bağlı razılıqlarını ifadə ediblər.

Görüşdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlara, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin səmərəli reabilitasiya xidmətləri ilə təminatı sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri