Müharibə olmayacaq, biz imzalamağa hazırıq Paşinyan
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Müharibə olmayacaq, sülh olacaq. Müharibənin baş verməsi üçün heç bir əsas yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin aprelin 15-də keçirilən iclasında çıxışı zamanı bildirib.
Paşinyan İrəvanın sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib:
“Ermənistanda və Azərbaycanda fəaliyyət göstərən bütün qüvvələri son dərəcə məsuliyyətli olmağa, bu məntiqə xələl gətirən bəyanatlar verməməyə çağırıram. Biz həmçinin sülh sazişini imzalamağa və eyni anda ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün müraciət ünvanlamağa hazırıq”.
Qeyd edək ki, daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da eyni bəyanatla çıxış edib. O, müqavilə imzalandıqdan sonra 10 dəqiqə ərzində Minsk qrupunun ləğvi üçün də lazımı sənədlərə qol çəkməyə hazır olduqlarını açıqlayıb.
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 15 Aprel 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















