Icma.az
close
up
RU
Müharibə riski: İsrail maksimum hazırlıq vəziyyətinə keçdi... TƏHLİL

Müharibə riski: İsrail maksimum hazırlıq vəziyyətinə keçdi... TƏHLİL

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Müvafiq qüvvələrin miqyası ayrı-ayrı hədəf hücumuna deyil, tammiqyaslı hücum əməliyyatına hazırlıqların aparıldığını göstərir..."

Ağ Evin mətbuat katibi İran üçün diplomatik həll pəncərəsinin sürətlə bağlandığını açıq şəkildə bildirdiyindən regional qarşıdurma kritik bir nöqtəyə çatıb. 

Moderator.az yerli mediaya istinadla xəbər verir ki, yüksək vəzifəli İsrail mənbələrinə görə, ölkənin döyüş hazırlığı səviyyəsi mütləq maksimuma qaldırılıb. Təcili tədbirlər Vaşinqtonun İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara əl atmağa hazır olduğunu göstərən kəşfiyyat məlumatlarından irəli gəlib.

"Ynet" yazır ki, Qüds əməliyyata başlamaq barədə son qərarın Donald Trampa aid olduğuna inanır və planların dəyişdirilməsi ehtimalına baxmayaraq, əmrləri istənilən vaxt verilə bilər.

Arxa cəbhəni hazırlamaq və İrandan qisas gözləmək...

İsrail hərbi komandanlığı ABŞ-ın birbaşa müdaxiləsinin Tehrandan dərhal cavabla nəticələnəcəyi ssenarisinə əsaslanır. Bu halda, İranın uzunmənzilli raketlərinin əsas zərbəsi İsrail ərazisinə dəyə bilər.

Mövcud təhlükəsizlik tədbirləri:

Arxa cəbhə xidmətləri və xilasetmə bölmələrinə tammiqyaslı müharibəyə tam hazır olmaq əmri verilib.

İsrailin hərbi-siyasi kabineti operativ əməliyyat ehtiyaclarını əsas gətirərək gözlənilmədən cümə gününə planlaşdırılan iclasını  bazar gününə keçirib.

Amerika tərəfi ilə koordinasiya pik həddə çatıb, hücumun dəqiq vaxtı isə açıqlanmayıb.

İranın səmadakı "qıfılı" və Amerika gücü...

Tehran təhdidə güc nümayişi və inzibati maneələrlə cavab verdi. 19 fevralda İran rəsmi olaraq hava məkanını 10 saatlıq bağlayıb. Rəsmi səbəb genişmiqyaslı raket təlimləridir. Bu addım bölgədə mülki aviasiyanı faktiki olaraq iflic etdi və aktiv müdafiəyə hazırlıq barədə güclü bir siqnal göndərdi...

Digər tərəfdən, Ağ Ev təzyiq ritorikasını gücləndirir. Mətbuat katibi Kerolayn Levit əvvəlki əməliyyatların uğurunu xatırladıb və diplomatiyanın prioritet olaraq qalmasına baxmayaraq, İranın prezident Trampla razılığa gəlməsinin doğru olacağını vurğulayıb və "İrana hücum etmək üçün bir çox səbəblər olduğunu" aydınlaşdırıb.

Texniki yumruq:  ABŞ aviasiya və kəşfiyyatının əraziyə yerləşdirilməsi...

Diplomatik açıqlamalarla yanaşı, İran sərhədləri yaxınlığında ABŞ hərbi gücünün görünməmiş şəkildə artırılması davam edir. Uçuş monitorinqi məlumatları strateji resursların cəmləşdiyini göstərir:

Qabaqcıl "F-22" və "F-16" qırıcı təyyarələri Yaxın Şərq və Avropadakı hazırlıq zonalarına hərəkət edir.

Səmada  hava məkanına nəzarəti təmin edən "E-3" ("AWACS"- Hava-Dəniz Erkən Xəbərdarlıq və İdarəetmə Sistemi) uzaq radiolokasiya aşkaretmə təyyarələri müşahidə edilib.

"U-2" kəşfiyyat təyyarələri İranın raket mövqələrinin fəaliyyətini davamlı olaraq izləyir.

Müvafiq qüvvələrin miqyası ayrı-ayrı hədəf hücumuna deyil, tammiqyaslı hücum əməliyyatına hazırlıqların aparıldığını göstərir. Yaxın Şərq "fırtınadan əvvəl sakitlik" rejiminə keçib və hər hansı təsadüfi hərəkət qlobal münaqişənin detonatoruna çevrilə bilər.

Tərcümə etdi:

S.Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Fevral 2026 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri