Icma.az
close
up
RU
150 illik müharibə TƏHLİL

150 illik müharibə TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan mətbuatının 150 illik yubileyi öncəsi milli mediamız haqda düşüncələr

Elçin Bayramlı

1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə Azərbaycanda Azərbaycandilli mətbuatın əsası qoyuldu. Ötən 150 ildə Azərbaycan mediası ağır və keşməkeşli bir yol keçib. Müxtəlif ictimai-siyasi formasiyalarda yaşayan, xalqımızın maariflənməsi, mədəni, elmi sahələrdə məlumatlandırılması, milli mənafelər və dövlətçilik maraqlarının müdafiəsi kimi müqəddəs amallar uğrunda mübarizə aparan Azərbaycan mediası bu vəzifəyə nail olub. Bu gün isə media sahəsində tamam başqa bir epoxa başlayıb. Bu vəzifələr sırasına xalqımıza və dövlətimizə düşmən qüvvələrlə informasiya müharibəsi aparmaq kimi mühüm vəzifələr əlavə olunub. Üstəlik, mediamızın fəaliyyət sferası və funksionalllığı da yeni qlobal çağırışlara uyğunlaşıb.

Qlobal informasiya məkanında son dövrdə baş vermiş inqilabi dəyişikliklər bu sahədə fundamental dəyikliklərə gətirib çıxarıb. İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində media sektorunun funksionallığı, interaktivliyi, texniki spektri və sosial-iqtisadi şərtləri dəyişib. Müasir media tendensiyaları bu sahədə çox mürəkkəb və ziddiyyətli vəziyyət yaradıb.

İnternetin inkişafı yeni media növlərini və informasiya mənbələrini ortaya çıxarıb. Klassik, peşəkar media ilə yanaşı ortalıqda daha bir “media” var- buna “vətəndaş jurnalistikası”, “sosial media” kimi adlar qoyublar,- sosial şəbəkə səhifə və kanalları, saytlar, bloqlar və sair internet resursları. Lakin bu 2 sistem arasında fərq yerlə göy qədərdir.

İkincilər həqiqi media sayılmasa da, kütlə onları media kimi qəbul edir. Çünki artıq kütləvi informasiya vasitələri formasına keçiblər. Onlardan bəzilərinin auditoriyası peşəkar media resurslarından çoxdur. Nəticədə informasiya məkanında qarışıqlıq, nəzarətsizlik və nizamsızlıq hökm sürür. Ortalıqda bir hadisə və ya proses haqda tam antipod xəbərlər dolaşır- bir tərəfdə məsələ başqa cür verilir, digər tərəfdə başqa cür. Beləliklə, oxucu, tamaşaçı, dinləyici auditoriyası çaş-baş qalır- hansının doğru olduğunu təyin edə bilmir.

İnternet medianın inkişafı və bu sahədə ictimai və dövlət nəzarətinin zəif olması çox ciddi problemlər yaradır. Biz bunu müxtəlif vaxtlarda və kritik situyasiyalarda dəfələrlə görürük. Belə vəziyyətlərdə dezinformasiyalar, qərəzli, böhtan xarakterli materiallar çoxalır.

Bu şəraitdən xalqımıza və ölkəmizə zərər vurmaq istəyən xarici və daxili qüvvələr necə lazımdır bəhrələnir. Hətta reket jurnalistlər bu sosial media məkanında qanunsuz biznes qururlar. Bir sira xarici dairələr isə bu sosial media məkanında zərərli təbliğat aparır, dezinformasiya yayır, təxribat təşkil edirlər. Lakin adi izləyicilər onların funksiyasını və məqsədlərini bilmirlər və onları media hesab edirlər.

Getdikcə internet məkanında bu “media”nın üstünlüyü ələ alması peşəkar medianı kölgədə qoyur. Üstəlik, indi hamı bir növ jurnalist olub- hərənin əlində kamera və diktofona malik internetə bağlı smartfon var- istənilən hadisəni dərhal çəkib şəbəkəyə yerləşdirirlər və peşəkar media tərpənənədək əhali bu xəbəri oxuyur və ya baxır. Lakin bu xəbərin obyektivliyi, düzgünlüyü əksər hallarda şübhəli olur. Peşəkar media isə dəqiqləşməmiş məlumatı yaymır. Onun üçün obyektivlik həmişə operativlikdən üstündür.

Klasssik medianın fəaliyyət sferası yalnız xəbərdən ibarət deyil. Onun 3 funksiyası var- insanları maarifləndirmək, məlumatlandırmaq, mədəni istirahətini təmin etmək. Bunlardan ən vacibi isə maarifləndirmədir. Bundan əlavə, həqiqi medianın sosial və hüquqi məsuliyyəti var, etik peşə kodeksləri var.

Yeni yaranmış saxta medianın maarifləndirmə funksiyası yoxdur. Sosial və hüquqi məsuliyyəti yoxdur, etik prinsiplərə, jurnalistlərin peşə kodekslərinə riayət etmir. Üstəlik, onların kadr heyəti klassik mediada olduğu kimi peşəkar və intellektual kadrlardan ibarət deyil.

Bu “media”nın yalnız bir məqsədi var: şoular, hay-küylü xəbərlər yayıb izləyici və pul qazanmaq. Xəbər mətbuatın yalnız bir janrı, bir tərəfidir. O da qərəzli olmamaq, obyektiv və doğru olmaq şərtilə.

Mediada xəbərlərlə yanaşı, analitik yazılar, araşdırmalar, reportajlar, müsahibələr hazırlayır, müxtəlif problemləri işıqlandırır. Pamflet, felyeton, esse, oçerk, parodiya kimi publisistik yazılara az da olsa rast gəlinir. Maarifləndirici, ifşaedici karikaturalardan istifadə də nadir də olsa tətbiq olunur. Saxta medianın isə bunlardan anlayışı belə yoxdur. Bu “media”nın mənsubları jurnalistika sahəsinə aid deyillər.

Təəssüf ki, kütlənin çox hissəsi saxta medianı peşəkar mediadan ayıra bilmir və onların auditoriyasına çevrilir. Bu isə klassik medianın cəmiyyətə təsir imkanlarını azaldır. Nəticədə informasiya məkanı çirklənir, əhalidə səhv ictimai rəy yaratmaq, saxta məlumatlarla hər cür təxribatlar təşkil eləmək mümkün olur.

Ona görə də, peşəkar medianın sıradan çıxmaması, nüfuz və təsirini saxlaması üçün ciddi işlərə başlamaq vaxtıdır. Burada həm dövlətin, həm də cəmiyyətin rolu vacibdir. Klassik media öz problemlərini öyrənməli, müzakirə etməli və həlli üçün çalışmalıdır.

Dövlət isə, bu sahədə tənzimləmə və nəzarət funksiyasını gücləndirməlidir. Bu istiqamətdə son illərdə xeyli işlər görülüb. Bu işin başında da müvafiq dövlət orqanı olan MEDİA dayanır, bundan başqa qeyri-hökumət təşkilatı olan Mətbuat Şurası, həmçinin digər jurnalist təşkilatları, media orqanlarının özü prosesdə fəal iştirak edir.

İlk növbədə klassik medianın çatışmazlıqlarını bilməliyik. Əvvəla, biz hər zaman dünya standartları, peşəkarlıq və sairə məsələləri müzakirə edirik, özümüzü bu prinsiplərə uyğunlaşdırmaq istəyirik. Amma bunu real planda tətbiq edə bilmirik. Bu halda qlobal media məkanına çıxmaq mümkün deyil.

Bir çox media resurslarında sosial problemlərə, elmi intellektual materiallara çox az yer verilir, onun əvəzinə şou xarakterli materiallar çox işlənilir. Hesab edilir ki, belə materiallar daha çox oxucu, tamaşaçı, dinləyici gətirir. Halbuki, maraqlı təhlillər, elmi məqalələr, sosial araşdırmalar ortaya qoyulmalıdır ki, daimi oxucu kütləsina sahib olsun.

Azərbaycan mediası həm də informasiya müharibəsi aparır. Dünya arenasına çıxmaq, Azərbaycan həqiqətlərini çatdırmaq üçün çoxsaylı peşəkar işçi qüvvəsi olan peşəkar media qruplar- tərkibində saytlar, qəzetlər, informasiya agentlikləri olan resurslar lazımdır. Yüzlərlə zəif, kiçik saytlardansa, iri media qrupları formalaşarsa, artıq informasiya məkanının mütəşəkkilliyi və effektivliyi daha yüksək səviyyədə olar. Bu təmərküzləşmə prosesinə əsasən, bir neçə media orqanı birləşərək, böyük media holdinqləri formalaşmalıdır. Kiçik saytların işçi qüvvəsi saxlaya bilməməsi və ya 1-2 nəfərlə ortaya ciddi media qoyması mümkün deyil. Onun xaricdə və ölkənin regionlarında müxbir postları yoxdur. Bu kimi çatışmazlıqlarla biz dünya mediasına çıxa bilmərik.

Media kütlələrə psixoloji təsir silahıdır. Bu silah bizim (yəni, dövlətin, cəmiyyətin) əlində olmalıdır. İnsanlar media orqanlarında dolğun, ciddi, obyektiv məlumat ala bilməyəndə artıq sosial şəbəkələrə üz tuturlar. Hadisənin əslini, reallığı sosial şəbəkələrdə axtarırlar. Nəticədə ölkə mediası ictimaiyyətə təsir funksiyasını itirir.

Bu məsələnin müəyyən edilmiş mexanizmi olmalıdır. Qızıl ortanı tutmaq lazımdır. Senzura olmur, mətbuata tam azadlıq verilir və digər tərəfdən qanunsuzluq meyllərinin qarşısı alınır. İnsanların bir-birini təhqir etməsi, şər-böhtan atması, təxribat xarakterli məlumatların yayılması məsələlərinə ciddi nəzarət edilməlidir.

Bütün bu məsələlər kompleks şəklində həll edilməlidir. Məsələnin bir tərəfini həll edib, digər tərəfini boş buraxdıqda bu problemlər ortadan qalxmayacaq. Elə bir şərait yaradılmalıdır ki, həm dövlətin çatdırmaq istədiyi məlumatlar böyük kütlələrə, həm də ortaya qoyulan sosial problemlər dövlətə çata bilsin. Vətəndaşlar mediaya inansın, onu dinləsin, oxusun, izləsin. Yalnız bu halda media dövlət və cəmiyyət arasında koordinasiya funksiyasını yerinə yetirə bilər.

Əsas problemlərdən biri də, peşəkar kadrların saxlanmasıdır. Mediada əməkhaqqı yüksək olmadığından peşəkarlar çox vaxt başqa sahələrə gedirlər və onların yerini ucuz işçi qüvvəsi olaraq diletantlar tutur. Buna görə də ilk vaxtlarda media orqanlarına maliyyə yardımı lazımdır. Hər hansı bir media özünü tam doğruldanadək ona edilən yardımlarla peşəkarları ətrafına toplamalı və onları əlində saxlamağı bacarmalıdır. Peşəkarlıqdan kənar, intellektual bazası olmayan ucuz işçi qüvvəsinin toplanması mediada özünü doğrultmayan, yanlış və effektsiz materialların yayımlanmasına səbəb olur. Bilik və dünyagörüşü zəif olan, müəyyən təcrübə bazası olmayan jurnalistin və onun işlədiyi media resursunun intellektual auditoriya tərəfindən qəbul edilməsi mümkün deyil.

Problemləri ümumiləşdirsək, mənzərə belədir- hazırda mediamız özünü maliyyələşdirə bilmir, maddi-texniki təminatı, peşəkar kadr bazası zəifdir. Bu tip media ictimaiyyət arasında nüfuz qazana bilməz, ancaq şou auditoriya toplaya bilər. Bu baxımdan son zamanlar Medianın İnkişafı Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. MEDİA jurnalistlər üçün mütamadi təlimlər, təkmilləşmə kursları təşkil edir, media orqanlarının layihələrini maliyyələşdirir, onların bir çoxuna maddi yardımlar edir ki, mediamız güclənsin. Artıq son illərdə aparılmış işlər bu sahədə müsbət tendensiyaların əsasını qoyub və xeyli dəyişiklik baş verib. Bu işlər davam etdirildikdə, tezliklə media sahəsində sağlam və təhlükəsiz mühitin yarandığını görə bilərik.

Media haqda Qanun da bu istiqamətdə fundamentlan islahatların aparılması məqsədilə qəbul olunub. Dövlət peşəkar medianı “sosial” mediadan ayırmaqla onun daha üstün olduğunu cəmiyyətə göstərir. Media subyektlərinin və jurnalistlərin vahid reyestrinin yaradılması da buna xidmət edir. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların peşəkar iş mühitində çalışması və əmək hüquqlarının qorunması, media subyektlərinin zamanla ayaqlaşa bilməsi üçün maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində MEDİA tərəfindən aparılan işlər təqdirəlayiqdir. Şübhə yoxdur ki, aparılan bu islahatlar media sahəsində vəziyyəti sağlamlaşdıracaq, Azərbaycan mediasının dünya media məkanına inteqrasiyası üçün lazımi şərait yaradacaq.

Azərbaycan mediası 150 ildir ki, bir müharibə aparır- cəhalətə qarşı, bütün mənfiliklərə, nöqsanlara, ictimai-siyasi, sosial-iqtisadi məsələlərdə mövcud problemlərə qarşı ağır və əbədi bir müharibə. Xalqımızın maaariflənməsi, məlumatlandırılması, mədəni zövqünün yüksəldilməsi, elmin, təhsilin, mənəviyyatın təbliği, ölkəmizin inkişafı, dünya məkanında öz layiqli yerini tutması uğrunda aparılan müharibə. Və Azərbaycan mediası bu günədək bu müqəddəs müharibədə qalibdir. Əbədi davam edəcək bu müharibədə daim qalib olmaq üçün hər birimiz var gücümüzlə çalışmalıyıq.

150 yaşın mübarək Azərbaycan mediası!

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 İyul 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri