Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Tailand Kamboca qarşıdurması dağıdıcı müharibə riski yaradır TƏHLİL

Tailand Kamboca qarşıdurması dağıdıcı müharibə riski yaradır TƏHLİL

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Dünyada müharibələr, münaqişələr bitmək bilmir. Əksinə, dövlətlərarası qığılcımı xatırladan qarşıdurmalar yeni müharibə ocaqlarının yaranmasına gətirib çıxarır. Bu dəfə yeni müharibə riskinin Tailandla Kamboca arasında baş verə biləcəyi ehtimal olunur. Daha doğrusu, uzun müddətdir ki, hər iki dövlət arasında sərhəd mübahisəsi səbəbində ara -sıra toqquşmalar baş verir. Ötən həftə Tailand-Kamboca arasında son on ilin ən gərgin qarşıdurması yaşandı. Tailanda məxsus 10-a yaxın F-16 Kambocanın hərbi qərargahını və sərhəd yaxınlığında yerləşən kənd və qəsəbələri hədəfə aldı. Nəticədə onlarla hərbçi və mülki əhali öldürülüb və yaralanıb. Hər iki ölkə təhlükəsizlik məqsədilə sərhəd boyu mülki insanları təxliyə etməyə başlayıb. Bu arada, Kamboca münaqişənin böyüməsi riskini vurğulayaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. Tailand Müdafiə Nazirliyi 19 nəfərin, Kamboca tərəfi isə 13 nəfərin, o cümlədən 5 hərbçi və 8 mülki vətəndaşın həlak olduğunu bildirib. Sərhədə yaxın Kantralak şəhərinin sakini deyib: "Şəhər demək olar ki, boşalıb. İnsanlar gedib. Mənim otelim hələ də fəaliyyət göstərir, çünki insanlar müvəqqəti sığınacaq axtarır". Hər iki tərəfdən yüz mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

"Reuters" agentliyinin verdiyi məlumata görə, şənbə günü səhər saatlarında döyüşlər Tailandın Tret bölgəsində də baş verib. Bu bölgə əvvəlki toqquşma nöqtəsindən təxminən 100 kilometr uzaqlıqda yerləşir. Bu, o deməkdir ki, münaqişə artıq yeni cəbhələrdə də genişlənməkdədir. Hadisələrin qızışmasına səbəb kimi may ayının sonunda baş vermiş bir insident göstərilir, bu insident zamanı kambocyalı əsgər həlak olub. Həmin vaxtdan etibarən hər iki ölkə sərhədə əlavə qüvvələr cəlb edib. Eyni vaxtda Tailandda daxili siyasi böhran da yaşanır - koalisiya hökuməti parçalanmaq təhlükəsi ilə üz-üzədir.

Münaqişənin əsas səbəbi Ta Muan Thom məbədidir

BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən Tailand nümayəndəsi bildirib ki, iki əsgər minalardan xəsarət alıb və Kambocanı hücumda ittiham edib. O, beynəlxalq ictimaiyyəti sülhə çağırmağa səsləyib. Kamboca isə öz növbəsində bildirib ki, Tailand "qəsdən, səbəbsiz və qanunsuz hücuma" başlayıb. Onlar BMT-ni və dünya birliyini Tailandın hərəkətlərini sərt şəkildə pisləməyə çağırıb. Pnompenə görə, Tailand sərhədə daha çox hərbi texnika toplamaqla münaqişəni daha da dərinləşdirir və suverenliyi pozur.

Münaqişənin baş verməsinin əsas səbəbi Tailandın Surin əyalətindəki Ta Muan Thom məbədinə nəzarətdir. Lakin iddialara görə, başlıca maraq hər iki tərəfin sərhəd ticarətinə, qaçaqmalçılığa və narkotik ticarətinə nəzarət uğrunda mübarizədir. Bu fakt qeyd olunmasa da reallıqdır. Tərəflər isə mübahisənin məbədə nəzarət uğrunda yarandığını qeyd edirlər. Məbədin yaxınlığında Tailandın hərbi bazası yerləşsə də kambocalılar bu məbədi, eləcə də ətraf əraziləri özlərininki hesab edir. Kambocanın “Vodkhmer” nəşri iddia edir ki, iyulun 22-də məbəddə hər iki tərəfdən mülki şəxslərlə hərbçilər arasında baş verən şifahi mübahisə döyüşə çevrilib və iyulun 24-də Preah Vihear əyalətində sərhəddə patrul xidməti aparan üç Tayland əsgəri minaya düşərək həyatlarını itiriblər. Kamboca tərəfi bəyan edib ki, Tailand əsgərləri 2000-ci il Anlaşma Memorandumunu pozaraq Kamboca ərazisini patrul xidməti həyata keçiriblər.

Taylandla Kamboca arasındakı qarşıdurma toxumunu səpən yenə də Fransadır

Araşdırmalara əsaslanaraq vurğulamaq lazımdır ki, Tailand və Kamboca arasındakı 817 kilometrlik sərhəd bölgənin fransızların müstəmləkəsi olduğu 19-cu əsrdən bəri iki ölkə arasında mübahisə mənbəyi olub. Kamboca 1863-cü ildə Fransa tərəfindən işğal olunub. 1904-cü ildə Fransa və Tailand (o zaman Siam kimi tanınırdı) arasında bağlanan müqavilə Tailand-Kamboca sərhədlərini yenidən müəyyənləşdirdi. Müqavilə nəticəsində Tailandın daxilində yerləşən 11-ci əsrə aid Preah Vihear məbədi Kamboca ərazisinə birləşdirildi. Lakin Tailand sərhədin fransızlarla razılaşdırılmış xətlərdən kənara çıxdığını iddia edərək ona etiraz edib. Beləliklə, iki ölkəni bir-birindən ayıran 817 kilometrlik sərhəd onların arasında mübahisəyə səbəb olub.

Tailand dövləti Kambocaya məxsus hərbi obyekti məhv etmək üçün F-16 döyüş təyyarələrindən istifadə edib. Bununla yanaşı, Kamboca ilə bütün sərhəd keçidlərini bağlayıb. Kamboca ordusu cavab zərbələri həyata keçirib və nəticədə 14 Tayland vətəndaşı öldürülüb. Hər iki ölkənin səfirləri geri çağırılıb. Kamboca hakimiyyəti vətəndaşları panikaya düşməməyə, mal ehtiyatı saxlamamağa, satıcıları isə malların qiymətini qaldırmamağa çağırıb. Tailand və Kamboca arasında uzun müddətdir davam edən ərazi mübahisəsi zəminində açıq hərbi əməliyyatlar başlayandan sonra Kral Tailand Ordusunun iki ölkə sərhədi yaxınlığında Kamboca mövqelərinə hücum etmək üçün T-84 əsas döyüş tanklarından istifadə etdiyi təsdiqlənib. Phra Vihan bazası ərazisində əməliyyatlar təsdiqlənib, Tailand mənbələri isə tankların “itirilmiş əraziləri geri almaq” üçün istifadə edildiyini iddia edir.

Kamboca məbədlərin mülkiyyətinə etiraz edərək Beynəlxalq Ədalət Məhkəməsinə (ICC) müraciət etmək qərarına gəlib. Nəzərə almaq lazımdır ki, 1962-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) məbədin Kambocaya aid olduğuna dair qərar çıxarsa da, məbədi əhatə edən torpaq və sərhədlə bağlı mübahisələr bu günə qədər davam edir. Məbədin 2008-ci ildə YUNESKO-nun Ümumdünya İrs siyahısına salınması Tailandda böyük etirazlara və iki ölkə arasında qarşıdurmalara səbəb olmuşdu. Beynəlxalq Ədalət Məhkəməsi 2013-cü ildə qərarını yekunlaşdıraraq bir daha Preah Vihear məbədinin Kambocaya aid olduğuna qərar verib. Tailand BCM-nin yuridiksiyasını rədd edir. Son zamanlar BMT-nin əsas beynəlxalq qurumlarının beynəlxalq mübahisələrə son qoymaq potensialı yoxdur. Ekspertlər tamhüquqlu müharibə gözləmirlər, lakin bunu da istisna etmirlər, çünki Tailandda daxili siyasi vəziyyət ordu ilə hökumət arasında fikir ayrılığı ilə xarakterizə olunur və Kamboca həlledici hərəkətlərə qadir olan monolit ölkədir.

Hər iki ölkənin siyasətçiləri sərt bəyanatlar mübadiləsini davam etdiriblər. Sərhəd məsələsi hər iki ölkənin daxili siyasətində əsas müzakirə mövzusuna çevrilib. Hadisələrdən sonra Tailandın baş naziri vəzifəsindən uzaqlaşdırılıb. Kambocanın baş naziri Hun Manet Tailandla uzun müddətdir davam edən sərhəd mübahisələrini həll etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) müraciət edib. Tailandın baş naziri Paetongtarn Shinawatra da Kambocanın keçmiş baş naziri və Senatın sədri Hun Sen ilə telefon danışığı mətbuata sızdıqdan sonra vəzifəsindən uzaqlaşdırılıb.

Donald Dramp Tailandla Kambocanı hədələdi

Bu arada müsbət hal kimi dəyərləndirilən hadisələr yaşanır. O mənada ki, bəlkə də son on ildə ilk dəfə dünyanın bəzi aparıcı ölkələri, o cümlədən ABŞ prezidenti Donald Dramp Tailandla Kamboca arasında münaqişənin daha geniş əraziləri əhatə edilməsinin qarşısnın alınması üçün əsaslı addımlar atıb. ABŞ prezidenti Donald Tramp hər iki tərəfə ültimativ çağırışla müraciət edib. O iki ölkəni atəşi dərhal dayandırmasalar, onlara sanksiyaların tətbiq olunacağı ilə hədələyib. Kamboca ABŞ prezidentinin “Tailand razılaşarsa” hərbi əməliyyatları dayandırmaq təklifini qəbul edəcəyini bəyan edib. Eyni zamanda, Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Vechayachai prezident Trampdan Phnom Penh-ə Tailandın yekun sülh həllini təmin etmək üçün mümkün qədər tez ikitərəfli dialoqa başlamaq istədiyini çatdırmağı xahiş edib.

BMT Təhlükəsilik Şurasının çağırışından və ABŞ prezidenti D.Tampın hədəsindən sonra ehtimal ki, Tailand və Kamboca müharibəni dayandırmağa məcbur olacaqlar. Çünki böyük güclərin qarşısında onlar çox kiçikdirlər. Dirəniş göstərmək, müharibə əhavali-ruhiyyəsi ilə çıxış etmək hər iki ölkənin hakimiyyətlərinə zərbə ola bilər. Ən azı Tailand ciddi problemlərlə üzləşə bilər. Çünki Tailandda kaolisiya ittifaqı çox kövrəkdir, digər tərəfdən hakimiyyətlə ordu arasında soyuq münasibətlər hökm sürür. İstənilən vaxt bu zəif telləri qırmaq və hakimiyyətdə olanları tarixin arxivinə göndərmək mümkündür. Eynilə də Kambocada hakimiyyətlə xalq arasında qarşıdurma yaşanır. Vaxtaşırı olaraq xalq hakimiyyətin apardığı siyasətə etiraz əlaməti olaraq küçələrə çıxıb etiraz aksiyaları keçirir. Digər tərəfdən isə Kambocada Qərbin təsiri yüksəkdir. Ölkənin enerji və iqtisadi sferasına Avropanın şirkətləri nəzarət edirlər. Bütün bu və digər amillər Tailandla Kamboca hakimiyyətini kənar qüvvələrin istənilən göstərişini sözsüz yerinə yetirməyə məcbur edir. Ona görə də, yaxın saatlarda tərəflər arasında atəşkəs haqqında razılaşmanın əldə ediləcəyi şübhəsizdir. Daha doğrusu, artıq hər iki ölkənin baş nazirləri ABŞ prezidenti D.Trampın atəşkəsə nail olunması hədəsinə müsbət rəy veriblər.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 İyul 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri