Müharibə vaxtı Türkiyənin bütün səfirliklərinə bir mesaj gedib... 5 il sonra açılan SİRR
Icma.az, Lent az saytına istinadən bildirir.
Xarici İşlər naziri Ceyhun Bayramov 44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana dəstəyindən danışıb.
Lent.az xəbər verir ki, Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində müharibə dövründə Türkiyəyə məxsus "F-16"ların Azərbaycanda olmasının da mənəvi əhəmiyyətini yüksək qiymətləndirib:
“Müharibə günlərində Türkiyənin dəstəyi bizim üçün çox dəyərli və əvəzolunmaz idi. Mən bir məqamı xüsusi qeyd etmək istəyirəm. Ola bilsin Azərbaycan ictimaiyyəti bunu bilmir. Həmin günlər ərzində Ankaradan Türkiyənin bütün səfirliklərinə gedən bir mesaj var idi ki, Ankaradan gələn təlimat Bakıdan gələn təlimatla eyni qüvvəyə malikdir. Yəni Bakıdan nə təlimat gəlirsə, Ankaradan bunu yoxlamadan yerinə yetirməlisiniz. Təbii ki, diplomatik etiketə uyğun olaraq biz bunu etmirdik. Sözümüz olanda Türkiyə Xarici İşlər Nazirliyi vasitəsilə çatdırırdıq. Ancaq bu mesajın verilməsi dünya diplomatiyasında bənzəri olmayan faktdır. Sözdə deyil, əməldə əsl qardaşlığın bir təzahürü idi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 08 Noyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















