Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“Müharibə və danışıqlar” taktikası sınaqla üz üzə

“Müharibə və danışıqlar” taktikası sınaqla üz üzə

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Vaşinqton və Təl-Əvivdəki siyasi mənzərə İran üçün “nəfəslik rolunu” oynasa da, real təhlükə aktual olaraq qalır.

ABŞ seçkilərində demokratların respublikaçılar üzərində qələbəsi, Nümayəndələr Palatası və Konqresdə çoxluğu təmin etməsi Vaşinqtonun xarici siyasətinə, nəticə etibarilə geosiyasi proseslərin inkişafına təsir edəcək. Bu kontekstdə ən aktual məsələ İran müharibəsinin gələcəyidir.

Və aydın görünür ki, Tramp Administrasiyasının İranı təslim etməyə hesablanmış “müharibə və danışıqlar” taktikası sınaqla üz-üzə qala bilər.

1.Respublikaçıların seçkidə məğlubiyyətini şərtləndirən amillərdən biri İranla müharibə fonunda yanacaq qiymətlərinin artması, inflyasiya kimi problemlə oldu. Bu, respublikaçılar arasında Trampın müharibə planına qarşı daha öncədən mövcud olan müxalifəti gücləndirə bilər;

2.Demokratlar Konqresdə hərbi xərclərin ayrılması, eləcə də xarici siyasətlə bağlı məsələlərə nəzarət edəcək. Ki, bu da Trampın manevr imkanlarını daraldacaq.

3.Danışıqların tərəfdarı olan demokratlar Administrasiyaya İranla anlaşma üçün təzyiq edə bilər.

4.Məğlubiyyət Trampı daha çox daxili siyasətə diqqət ayırmağa sövq edə bilər.
Bu, ABŞ-ın yaxın perspektivdə İranla nüvə sazişinə yenidən qayıtması, eləcə də sanksiyaları aradan qaldırması demək deyil, demokratların daxilində də İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları var. Lakin ümumilikdə Tehranın mövqeləri güclənə bilər. İranın əsas planlarından biri də məhz ABŞ-dakı aralıq seçkilərinə qədər anlaşmanı təxirə salmaqla nəticələrə təsir etmək və respublikaçıların məğlubiyyəti ssenarisinə hazırlaşmaq idi ki, hazırda nəzəri olaraq buna nail olduğu görünür. Buna paralel şəkildə İsraildəki seçkinin nəticələri – Netanyahunun rəhbərlik etdiyi radikal sağın üstünlük qazansa da, koalisiya hökumətinin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik Tehran üçün arzuolunan mənzərəni yaradıb. Vaşinqton və Təl-Əvivdə İranla müharibə planlarının perspektivləri sual altına düşür.

Hərçənd, hər şeyin tamamilə arxada qaldığını demək hələ tezdir. Çünki respublikaçılar Konqres və Nümayəndələr Palatasını itirsə də, Tramp prezident olaraq, xarici siyasətə rəhbərlik edəcək və İran məsələsi başda olmaqla hədəflərə nail olmağa çalışacaq. 

Bunun fonunda İranla bağlı üç mümkün ssenari önə çıxır.

Birincisi, danışıqlar masasında razılaşmanın əldə edilməsidir. Tramp daxili təzyiqlərdən xilas olmaq üçün Tehranla anlaşmağa çalışa bilər. Bu, növbəti seçkilərə qədər partiyasının mövqelərini yaxşılaşdırmaq üçün də lazımdır. Mövcud şərtlər buna imkan verir: Vaşinqton və Təl-Əviv arasında müharibənin gələcəyi ilə bağlı fikir ayrılıqlarının olduğu məlumatları var; İsraildə radikal sağın mövqeləri təhlükə altına düşüb;

Bu ssenarinin reallaşmasında İranın mövqeyi həlledici olacaq. Çünki Trampın anlaşmaq istəyi ABŞ-ın tələblərindən tamamilə geri çəkilməsi demək deyil, xüsusilə nüvə məsələsində prinsipiallıq davam edəcək. İran vəziyyətdən istifadə edərək, masada daha az itki ilə razılaşa və sanksiyaların ən azı yumlaşmasına nail ola bilər. Lakin Tehranda söz sahibinin sərt xəttin tərəfdarları olması bu perspektivi dumanlı edir.

İkincisi, müharibə və danışıqların paralel şəkildə davam etdirilməsidir. Bu ssenaridə ABŞ genişmiqyaslı müharibəyə qayıtmır, əvzində danışıqları lokal hərbi zərbələr fonunda davam etdirir. Və istisna deyil ki, Tramp Administrasiyası demokratların İran müharibəsinə yanaşmasına təsir etməyə də çalışacaq: danışıqlar masasında maksimal tələblərlə Tehranı razılaşmadan uzaqlaşmağa, hərbi addımlar atmağa sövq edə, İranı ABŞ-ın milli təhlükəsizliyinə təhdid olduğunu göstərməklə müharibənin yeganə seçim olduğu rəyini gücləndirə bilər.

Bu ssenaridə də İranın seçimləri və psixoloji dayanıqlılığı həlledici olacaq.

Üçüncüsü, İrana həlledici zərbənin endirilməsidir. ABŞ və İsrail seçkilərinin nəticələri bu ssenaridə ehtimalları zəiflətsə də, iki amil önəmlidir.

1.Aralıq seçkilərinin nəticəsi mənfi olsa da, Trampın önündəki “seçkilər görə ehtiyatlı davranmaq” maneəsini aradan qaldırır, digər tərəfdən, nüfuzunu qorumaq üçün İran üzərində qələbəni şərtləndirir.

2.Hökuməti qurmağın çətinlikləri fonunda Netanyahu daxili siyasi və ictimai qüvvələri ətrafına toplamaq məqsədilə hər zaman istifadə edilən “İsrailin təhlükəsizliyinin qorunması” taktikasını genişləndirə bilər: bu, İranla genişmiqyaslı müharibədən keçir.

Bu baxımdan, Vaşinqton və Təl-Əvivdəki siyasi mənzərə İran üçün “nəfəslik rolunu” oynasa da, real təhlükə aktual olaraq qalır.

Asif Nərimanlı - Analitik

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 Noyabr 2026 02:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri