“Müharibədə iştirak edə bilərik” Baş Qərargah rəisindən xəbərdarlıq
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Böyük Britaniya Quru Qoşunlarının Baş Qərargah rəisi general Roli Uoker yaxın zamanlarda ölkə hərbçilərinin müharibədə iştirak etmək məcburiyyətində qala biləcəyini bəyan edib.
“Qafqazinfo” “The Independent” nəşrinə istinadən xəbər verir ki, general dünyadakı mövcud geosiyasi gərginliyin pik həddə çatdığını bildirib.
Roli Uoker ölkədə hərbi xidmətin yenidən həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Ölkəmizin müharibədə iştirak etmək üçün əsgərlərə ehtiyacı olacağı fikrini belə ağlına gətirmək istəmədiyi dövrlər var idi. Lakin dünya hadisələrinin gedişatını və ölkəmizin mövcud olduğu geosiyasi sistemi təhlil edən hər kəs anlayır ki, hazırda dünyada son dərəcə təhlükəli vəziyyət hökm sürür. Hərbi xidmət məsələsi millət üçün yenidən aktuallaşır.
Yalnız ordunun deyil, mülki əhalinin də ölkənin təhlükəsizliyinin təmin olunmasında və hərbçilərə dəstək verilməsində rolu böyük olmalıdır. Britaniya rəhbərliyi müdafiəni təmin etmək üçün vətəndaşlara fədakarlıq etməli olacaqlarını izah etməyə çalışacaq”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələri üçün Moskvadan hər hansı təhlükə gəldiyi barədə iddiaları dəfələrlə yalan adlandırıb. O vurğulayıb ki, Rusiyanın Avropa ilə müharibə etmək üçün nə niyyəti, nə də motivi var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 17 Oktyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















