Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Müharibədə qələbə ədalətli tərəfin qanuni haqqıdır

Müharibədə qələbə ədalətli tərəfin qanuni haqqıdır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Regional savaşlar qlobal ağrıya çevrilir

Müasir beynəlxalq sistem paradoksal bir mərhələdən keçir. Qloballaşma dərinləşdikcə qarşılıqlı asılılıq artır, eyni zamanda, münaqişələr daha uzunmüddətli, daha dağıdıcı və daha qeyri-müəyyən xarakter alır. Bu gün dünya xəritəsinə baxdıqda bir həqiqət açıq görünür: müharibələr iqtisadiyyatda, informasiya məkanında və diplomatik platformalarda paralel şəkildə aparılır. Və ən təhlükəlisi – bu münaqişələrin əksəriyyətinin sonu görünmür.

Rusiya–Ukrayna müharibəsi bunun ən bariz nümunəsidir. Artıq dörd ildən çoxdur davam edən qarşıdurma minlərlə insan itkisi, dağıdılmış şəhərlər və iflic olmuş iqtisadiyyatlarla yadda qalır. Müharibənin ilk mərhələsində sürətli nəticələr gözlənilsə də, proses uzandıqca bu qarşıdurma “uzanan müharibə” modelinə çevrildi. Müharibə Avropanın enerji təhlükəsizliyini, qlobal ərzaq bazarını və beynəlxalq hüquq sistemini də sarsıtdı.

Oxşar mənzərəni Yaxın Şərqdə də müşahidə edirik. İranla ABŞ–İsrail xəttində qısa müddətli qarşıdurma kimi proqnozlaşdırılan gərginliyin artıq 43 gündür davam etməsi onu göstərir ki, bu qarşıdurma çoxsəviyyəli və çoxaktorlu bir sistem daxilində inkişaf edir. Məhz bu çoxqatlılıq münaqişənin qısa müddətdə həll olunmasını faktiki olaraq qeyri-mümkün edir. Çünki burada tərəflərin məqsədləri fərqlidir və üst-üstə düşmür. Proksi qüvvələrin rolu isə bu münaqişəni daha da uzadan əsas mexanizmlərdən biridir. Birbaşa müharibənin yüksək siyasi və hərbi riskləri fonunda tərəflər dolayı alətlərdən istifadə edir. Bütün bu amillər münaqişəni həm uzadır, həm də onun coğrafiyasını genişləndirir.

Nəticədə cəbhə xətti Livandan Qırmızı dənizə, Suriyadan İraqa qədər geniş bir əraziyə yayılır. Bütün bunların qlobal təsirləri də qaçılmazdır. Yaxın Şərq enerji resurslarının əsas mərkəzlərindən biri olduğu üçün hər bir eskalasiya dalğası dərhal dünya bazarlarına ötürülür. Neft və qaz qiymətlərində dalğalanmalar, sığorta risklərinin artması, dəniz ticarət yollarında – xüsusilə Hörmüz boğazı və Qırmızı dəniz marşrutlarında – təhlükəsizlik problemləri qlobal iqtisadi sabitliyi sarsıdır.

Digər tərəfdən, qeyri-müəyyənlik amili beynəlxalq sistem üçün ən böyük risklərdən birinə çevrilir. İnvestisiya mühiti zəifləyir, logistika zəncirləri pozulur, dövlətlər isə daha çox müdafiə xərclərinə yönəlir. Nəticədə Yaxın Şərqdə formalaşan bu mənzərə bir həqiqəti açıq şəkildə ortaya qoyur: müasir münaqişələr artıq idarə olunan, lakin nəzarətdən çıxma riski daşıyan uzunmüddətli qarşıdurmalardır. Burada qələbə anlayışı bulanıqlaşır, sülh isə daha çox taktiki fasilə xarakteri daşıyır.

* * *

Mövcud qlobal mənzərədə əsas sual analitik mahiyyət daşıyır: niyə bəzi müharibələr illərlə davam edən “tükənmə prosesinə” çevrilir, bəziləri isə qısa müddətdə həlledici nəticə ilə başa çatır? Məhz bu nöqtədə Azərbaycan nümunəsi xüsusi diqqət tələb edir. Çünki 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi çağdaş hərbi-siyasi tarixdə nadir rast gəlinən “mütləq qələbə” modelini ortaya qoydu.

Qələbə siyasi iradənin, strateji səbrin və sistemli hazırlığın kulminasiyası idi. Nəticəni şərtləndirən amillər isə təsadüfi deyil və onların içində ən kritik olanı hərbi güclə siyasi məqsəd arasında qurulan nadir uyğunluq idi. Müasir münaqişələrin böyük əksəriyyətində məhz bu əlaqə qırılır: ya siyasət hərbidən ayrı düşür, ya da hərbi əməliyyatlar siyasi strategiyanı “əvəz etməyə” başlayır. Nəticədə, müharibə məqsədini itirir və proses öz-özünü davam etdirən, lakin nəticə verməyən mexanizmə çevrilir.

Azərbaycan nümunəsində isə bunun tam əksini görürük. Burada hərbi əməliyyatlar siyasi məqsədin davamı idi və bu məqsəd nə dəyişirdi, nə də genişləndirilirdi. Ərazi bütövlüyünün bərpası konkret, ölçüləbilən və hüquqi baxımdan əsaslandırılmış hədəf idi. Qeyri-müəyyən və ya maksimalist məqsədlər müharibəni uzadır – tərəflər nə vaxt dayanmalı olduqlarını bilmirlər. Azərbaycan isə həm başlanğıc nöqtəsini, həm də “dayanma xəttini” dəqiq müəyyən etmişdi. İkinci mühüm faktor – bəlkə də bütün prosesi “mərkəzdən idarə edən” əsas element – liderlik məsələsidir. Müasir müharibələrin təcrübəsi göstərir ki, texnologiya, resurs və hətta say üstünlüyü belə siyasi iradə ilə tamamlanmadıqda həlledici nəticə vermir.

Prezident İlham Əliyevin müharibə dövründə ortaya qoyduğu liderlik modeli məhz bu komponentlərin sinxron işləməsi ilə seçildi. Ən önəmlisi isə qərarların əvvəlcədən müəyyən edilmiş strateji xətt üzrə qəbul edilməsi idi. Müharibə şəraitində tez-tez rast gəlinən “emosional qərarvermə” sindromu Azərbaycanda müşahidə olunmadı. Əksinə, hərbi əməliyyatların tempi, istiqaməti və diplomatik manevrlər vahid mərkəzdən koordinasiya olunurdu.

Prezident İlham Əliyevin tez-tez vurğuladığı “Biz haqq işimizi müdafiə edirik və bu haqq işində sona qədər gedəcəyik” fikri siyasi kommunikasiya aləti idi. Bir tərəfdən cəmiyyətdə psixoloji səfərbərlik yaradırdı, digər tərəfdən isə beynəlxalq ictimaiyyətə Azərbaycanın geri çəkilməyəcəyini, yəni “yarımçıq kompromisə” getməyəcəyini açıq şəkildə bildirirdi.

Eyni yanaşmanı “Qarabağ Azərbaycandır!” tezisində də görmək mümkündür. Burada 3 mühüm mesaj var idi: birincisi, məsələ müzakirə predmeti deyil; ikincisi, bu mövqe dəyişməzdir; üçüncüsü isə kompromisin sərhədləri əvvəlcədən müəyyən olunub.

Liderliyin digər vacib tərəfi informasiya müstəvisində aktivlik idi. Müasir müharibələrdə informasiya sahəsi ən azı cəbhə qədər əhəmiyyətlidir. Prezident İlham Əliyevin beynəlxalq mediaya verdiyi çoxsaylı müsahibələr, açıq və birbaşa mesajlar Azərbaycanın narrativ üstünlüyünü təmin etdi. O, mürəkkəb geosiyasi məsələləri sadə və aydın dillə izah edərək həm ictimai rəyi formalaşdırdı, həm də dezinformasiyanın təsirini minimuma endirdi.

Bundan əlavə, liderliyin institusional tərəfi də diqqətdən kənarda qalmamalıdır. Qərarların mərkəzləşdirilmiş, lakin icranın çevik olması idarəetmədə balans yaratdı. Bir çox müasir münaqişələrdə isə ya həddindən artıq mərkəzləşmə çevikliyi azaldır, ya da koordinasiyanın zəifliyi xaosa səbəb olur. Məhz bu vəhdət müharibənin gedişinə aydın istiqamət verdi və onu uzanan, qeyri-müəyyən prosesə çevrilməkdən çıxararaq qısa müddətdə həlledici nəticəyə gətirib çıxardı.

Müharibənin həlledici sütunlarından biri – ordunun peşəkarlığı və əsgərin rəşadətidir. Müasir hərb təcrübəsi göstərir ki, ən müasir silahlar belə, onu istifadə edən və idarə edən insan faktorunun qərarvermə, döyüş bacarığı və psixoloji dözümlülüyü ilə tamamlanmadıqda effektiv olmur. Azərbaycan əsgəri bu baxımdan nadir nümunə təşkil edir. Vətən uğrunda mübarizə, ərazi bütövlüyünün bərpası və xalqının arxasında durmaq məsuliyyəti əsgəri həm fiziki, həm də psixoloji olaraq döyüşə hazırlayırdı. Texnologiya üstünlük yarada bilər, amma döyüşün taleyini müəyyən edən əsas amil insan faktorudur.

Nəhayət, diplomatik müstəvi də müasir müharibələrin taleyini müəyyən edən vacib faktor kimi ön plana çıxır. Azərbaycan müharibə dövründə beynəlxalq hüquqa istinad edərək öz hərbi əməliyyatlarını legitimləşdirdi. Beynəlxalq hüquqa əsaslanan bu mövqe təkcə xarici dövlətlər qarşısında Azərbaycanı haqlı tərəf kimi təqdim etmədi, həm də qarşı tərəfə aydın mesaj verdi: proses qanuni çərçivədə aparılır və Azərbaycanın məqsədləri beynəlxalq norma və müqavilələrdən kənara çıxmır. Eyni zamanda, diplomatik kommunikasiya kanallarının açıq saxlanması strateji çevikliyi təmin etdi. Azərbaycan eyni vaxtda həm cəbhədə hərəkət edirdi, həm də beynəlxalq forumlarda, media platformalarında mövqeyini aydın şəkildə çatdırırdı. Digər uzunmüddətli münaqişələrdə isə tərəflərin diplomatik fəaliyyətinin parçalanmış və qeyri-koordinasiyalı olması prosesi uzadır, qeyri-müəyyənliyi artırır. Azərbaycan modeli bu fərqi açıq şəkildə göstərdi: diplomatiya və hərbi əməliyyatlar paralel və sinxron şəkildə işlədikdə nəticə daha qısa və həlledici olur.

Bütün bu amillərin – məqsədin aydınlığı, liderliyin qətiyyəti, ordunun peşəkarlığı və diplomatik manevrlərin effektivliyi – sintezi Azərbaycan modelini müasir müharibələr üçün nümunəvi bir ssenariyə çevirdi. Əsl həlledici faktor, məqsədin strateji şəkildə müəyyənləşdirilməsi, onun ardıcıl və qətiyyətli şəkildə icrası, resursların düzgün səfərbər edilməsi və dövlət mexanizminin koordinasiyalı hərəkətidir.

Yekunda onu da qeyd edək ki, Azərbaycan nümunəsi göstərir ki, qısa müddətdə mütləq qələbə əldə etmək mümkündür – lakin bunun üçün hərbi, siyasi və diplomatik komponentlər bir-biri ilə sinxron işləməli, qərarlar aydın və dəyişməz olmalı, həmçinin insan faktoru – liderlik və əsgərin rəşadəti – daim ön planda tutulmalıdır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2026 01:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri