Icma.az
close
up
RU
“MÜHARİBƏDƏN QAÇMAYACAĞIMIZI BİLMƏLİDİRLƏR” Hakan Fidandan xəbərdarlıq + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

“MÜHARİBƏDƏN QAÇMAYACAĞIMIZI BİLMƏLİDİRLƏR” Hakan Fidandan xəbərdarlıq + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Türkiyənin sözü niyə keçir? Gücümüz, çəkindirici qüvvəmiz olduğu üçün. Yəni lazım gəldikdə bizə hiylə işlədənlərə qarşı reaksiya verəcək vasitələrimiz var. Müharibədən qaçmayacağımızı bilməlidirlər”.

“AzPolitika” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan qatıldığı proqramda Suriyada hərbi əməliyyat aparılıb-aparılmayacağı ilə bağlı suala cavab verərkən deyib.

“Onlara verdiyimiz ultimatum göz qabağındadır. Amerikalılar və mətbuat vasitəsilə də YPG-yə bunu verdik. Türkiyədən, İrandan, İraqdan gələn beynəlxalq terrorçu döyüşçülər getməlidir. PKK kadrlarının ölkəni tərk etməsi lazımdır. Açığı, hazırda bununla bağlı hər hansı hazırlıq görmürük, niyyət də görmürük, biz gözləyirik. Biz ultimatumlar və ya şərtlər deyəndə bu səbəbdən deyirik. Əgər siz nə bizim tərəfimizdən, nə də Suriyada yeni administrasiya tərəfindən bölgədə hərbi əməliyyat olmasını istəmirsinizsə, bunun şərtləri bəllidir. Bu şərtləri çox sadə, sədaqətlə, heç nəyi, heç kimi gizlətmədən təqdim edirik”, - deyə H.Fidan bildirib.

H. Fidan PKK-nın Suriyadakı sözdə liderlərinin də ölkəni tərk etməli olduqlarını bəyan edib:“Terror təşkilatının yüksək səviyyəli sözdə liderləri Suriyanı tərk etməlidirlər. Kimi dediklərimiz özləri bilirlər. Bizdə adları var. Silahı yerə qoymalı və yeni sistemə qoşulmalıdır. Bu qansız, problemsiz bir keçiddir. Digər tərəfdən PKK üzvü olmayan suriyalı kürdlər də proesdə iştirak etməli, canlarına və mallarına zərər vermədən normal həyat sürməlidirlər. Yəni Suriyanın yeni administrasiyası buna zəmanət verir. Çünki bu bizim şərtlərimizdəndir”.

Türkiyə rəsmisi Suriyadakı kürdlərin təhlükəsizliyinə zəmanət verə biləcəklərini qeyd edib:“Suriyadakı kürd vətəndaşlarının da can və malları təhlükəsiz olacaq. Onlar orada bərabərhüquqlu vətəndaşlara çevriləcəklər. Təbii ki, biz də onun zəmanətini istəyirik. Çünki Əsəd dövründə kürdlərin bir qisminə vətəndaşlıq, şəxsiyyət vəsiqəsi verilməyib. MİT-in müşaviri olduğum vaxtlarda bu inqilabdan əvvəl, vətəndaş müharibəsindən əvvəl keçirdiyim görüşlərin bir qismi möhtərəm Prezidentimizin göstərişi ilə bu məsələnin həlli ilə bağlı idi.Bu insanlara edilənlər ayıbdır. Özlərinə həyat qura bilmirlər, buradan gedirlər və PKK-nın qucağına, mafiyanın əlinə düşürlər”.

“AzPolitika.info” 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Yanvar 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri