Hakan Fidandan Fransaya sərt mesajlar Belə ölkələri nəzərə almırıq... + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Avropadakı kiçik ölkələrin ABŞ-nin çətiri altında müəyyən əməliyyatlara qatılıb, oradan söz demələrinin nə özlərinə, nə də bölgəyə faydası var. Əgər ABŞ olmadan özləri bölgəyə gəlib əməliyyat keçirə, hərbi qüvvə saxlaya bilirlərsə, buyursunlar göstərsinlər. Amma bunun belə olmadığını bilirik"
Oxu.Az-ın verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
O, ABŞ və Fransanın Suriyanın şimalındakı kürd qüvvələrinə dəstək verməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən sərt mesajlar verib və bildirib ki, Ankaranın Suriyada əsas müzakirə tərəfi Vaşinqtondur:
"ABŞ-nin gücündən istifadə edib, onun arxasına sığınaraq öz maraqlarını irəli sürməyə çalışan ölkələri açıq şəkildə nəzərə almırıq. Biz bu mövzuda ABŞ ilə danışırıq, arxasına sığınan ölkələrlə yox", - deyə o bildirib.
Hakan Fidan, həmçinin Fransaya çağırış edərək Suriyanın şimalındakı düşərgə və həbsxanalarda saxlanılan İŞİD-çi fransız vətəndaşlarını geri almağa çağırıb:
"Fransa edə biləcəyi bir şey varsa, o da öz Konstitusiyasına görə vətəndaşı saydığı insanları həbsxanalardan götürüb öz ölkəsinə aparması, öz həbsxanasına qoyub, öz məhkəməsində mühakimə etməsidir. Orda onu YPG üzvünə - başqa bir terrorçunun həbsxanasında saxlatdırıb, sonra da mən onu dəstəkləyəcəyəm deməli deyil. Onda mən öz həbs etdiklərimi götürüm, bütün PKK üzvlərini Fransada bir adaya, yaxud hansısa rayona qoyum, orada da başqa bir ünsürü toplayım, onları ordan gətirmədən mühafizə edim", - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 11 Yanvar 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















