Icma.az
close
up
RU
Müharibədən sonra psixologiyam pozulmuşdu Xırdalanda qazi bıçaqlandı

Müharibədən sonra psixologiyam pozulmuşdu Xırdalanda qazi bıçaqlandı

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Abşeron rayonunda 1996-cı il təvəllüdlü Özəl şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Rövşənə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin dekabrın 1-də Xırdalan şəhərində baş verib. Özəl mənzildə olarkən stulu əvvəlcə Rövşənin baş nahiyəsinə çırpıb. Sonra isə bıçaqla qonun qarın nahiyəsindən bir neçə xəsarət yetirib.
Hadisəni törədən Özəlin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Özəl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.O, ifadəsində göstərib ki, Tovuz rayonu, Hununlar kəndində qeydiyyatda olub, amma Bakı şəhəri, Yasamal rayonu, “Kaktus” restoranının yaxınlığında kirayədə yaşayıb:
“Rövşəni uzun müddətdir tanıyıram. Rövşən həmkəndlimdir və uşaqlıqdan bir yerdə böyümüşük. 2024-cü il dekabrın 1-də, saat 18 radələrində tanışım Nahidlə birlikdə yaşadığım evdə olan zaman Rövşən onunla əlaqə saxlayaraq halının pis olduğunu dedi və Nahidi yaşadığı evə çağırdı. Nahidlə Rövşən arasında həmin gün mübahisə olduğundan yenidən onlar arasında mübahisə olacağını fikirləşdiyim üçün onunla birlikdə getməyimi dedim. Nahid isə mənim getməyimə etiraz etdi. Buna baxmayaraq Nahidlə gedəcəyimi bildirdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra taksi ilə Rövşənin yaşadığı Abşeron rayonu, Bakı-Sumqayıt şossesində yerləşən evə gəliblər: “Oraya çatdıqdan sonra Nahid Rövşənlə bir neçə dəfə əlaqə saxlasa da, Rövşən telefon zənglərinə cavab vermədi. Binanın həyətində olan zaman əvvəllər Rövşənin yanında gördüyüm Nəcəfin də gəldiyini gördüm. Nəcəf nə üçün buraya gəldiyimizi soruşdu. Biz də Rövşənin əlaqə saxladığını və evinə dəvət etdiyini dedik. Bundan sonra üçümüz birlikdə binanın 9-cu mərtəbəsinə qalxdıq və bir neçə mənzilin qapısını döydükdən sonra Rövşənin yaşadığı mənzili tapdıq. Mənzilin içərisinə daxil olduqda Rövşənin qonaq otağında divanda halsız vəziyyətdə uzandığını gördük. Rövşənin üzünə su vuraraq ayıltdıq. Rövşən ayıldıqdan sonra ac olduğunu dedi. Ona çay və yemək hazırladıq. Həmçinin mənzilin içərisi dağınıq vəziyyətdə olduğundan oranı səliqəyə salmağa başladıq. Saat 20 radələrində Nahidlə mənzilin dəhliz hissəsində söhbət edən zaman Rövşən gözləmədiyimiz halda heç bir söz demədən orada olan stulu götürərək başıma çırpdı. Daha sonra isə Nahidin üstünə hücum çəkməyə başladım. Bunun qarşısını almaq istədikdə Rövşənlə əlbəyaxa olduq. Biz əlbəyaxa ola-ola dəhlizdə yerləşən mətbəx mebelinin qarşısına gəldik. Mətbəx mebelinin üstündə bıçaq olduğunu gördüm və həmin bıçağı götürərək 2-3 dəfə Rövşənin qarın nahiyəsinə zərbə vurdum. Bu zaman orada olan Nəcəf məni tutaraq kənara itələdi. Rövşəndən qan axdığını gördüm, mənzildə olan Nahid və Nəcəfə Rövşəni xəstəxanaya aparmalarını dedim. Özüm isə qorxduğum üçün oradan uzaqlaşdım. Həmçinin Rövşənə xəsarət yetirdiyim bıçağı da özüm ilə götürdüm. Yaşayış binasından çıxdıqdan sonra yaxınlıqdakı yerüstü piyada keçidinə tərəf getdim. Piyada keçidinin yaxınlığında palçığa batdım. Əlimdəki bıçağı həmin yerə ataraq qarşı tərəfə keçdim. Daha sonra törətdiyim əmələ görə Abşeron rayon Polis İdarəsinə gələrək təslim oldum”.
İş üzrə zərərçəkmiş Rövşənin sözlərinə görə, Xırdalan şəhərində yaşayır: “2-ci Qarabağ müharibəsi iştirakçısıyam və qaziyəm. Müharibədən sonra psixi durumumda şəxsiyyət dəyişkənliyi yarandı. Bununla bağlı bir neçə dəfə müalicə almışam. Lakin yenə bu hallar ara-sıra özünü göstərib. Sonuncu dəfə dekabrın 1-də yaşadığım evdə ailə daxilində yoldaşım ilə mübahisələrimiz olub. Mübahisədən sonra o, övladlarını da götürərək atasıgilə getdi. Bu hadisədən təsirlənərək müalicəm üçün verilmiş dərman həblərindən 18 ədəd qəbul etdim. Bundan sonra halım pisləşdi. Saat 18 radələrində tanışlarım Nahid və Nəcəflə əlaqə saxlayaraq onlara halımın pis olduğunu dedim. Onlardan gələrək mənə kömək etmələrini xahiş etdim. Təxminən bir saat sonra Nəcəf, Nahid və uşaqlıqdan bir yerdə böyüdüyüm Özəl evə gəldi. Onlar gəldikdən sonra dağınıq vəziyyətdə olan evi səliqəyə saldılar. Həmçinin mənə çay və yemək hazırlayaraq verdilər. Saat 20 radələrində evdə olan zaman hazırda tam xatırlamadığım və özümdən asılı olmayan səbəbdən Özəllə aramızda mübahisə yarandı. Bir-birimizlə əlbəyaxa olduq. Mübahisə zamanı Özəl bıçaqla bir neçə dəfə qarın, kürək və ayaq nahiyələrimə zərbələr vurdu. Evdə olan Nəcəf bizi aralaşdırdı. Bundan sonra isə Özəl evdən getdi. Sonradan evdə olan Nəcəf və Nahidin köməkliyi ilə təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparıldım. Bir neçə gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxıldım”. 
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Özəlin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Fevral 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see343

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see197

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see188

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see141

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri