Icma.az
close
up
RU
Bulvarda bəzi restoranlara vergi hesablansa da, bəzilərinə hesablanmayıb MƏHKƏMƏ

Bulvarda bəzi restoranlara vergi hesablansa da, bəzilərinə hesablanmayıb MƏHKƏMƏ

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsində Dənizkənarı Bulvar İdarəsində vergi yoxlamaları aparmış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Niyaməddin Tanrıverdiyev ötən prosesdə olduğu kimi sualları cavablandırıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesə sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova və təqsirləndirlən İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli nümayəndəyə suallar ünvanlayıb.

Vəkil İsmayıl Kəngərli Niyaməddin Tanrıverdiyevdən onun və ekspertin bulvarda olan obyektlərə vergi hesablamaları zamanı qiymətlər arasındakı fərqlər barədə yenidən suallar verib.

Niyaməddin Tanrıverdiyev deyib ki, bulvarda olan bəzi obyektlər Dənikənarı Bulvar İdarəsinin balansında deyil, bəzi obyektlərin isə idarənin balansında olub-olmaması ilə bağlı məlumat olmayıb. Nümayəndə bildirib ki, ekspert həmin obyektlərə qiymət qoysa da, o, özəl əmlaklara vergi ilə bağlı qiymət hesablamayıb.

Vəkil İsmayıl Kəngərli deyib ki, vergi yoxlamaları zamanı ikili yanaşmalara yol verilib. Onun sözlərinə görə, bəzi restoranlara vergi hesablanıb, lakin bəzilərinə isə hesablanmayıb.

Həmçinin vəkil İsmayıl Kəngərli Dənizkənarı Bulvar İdarəsinə aid olan 16 obyektə ekspert qiymət hesablamadığı halda, vergi yoxlayıcısının qiymət müəyyən etdiyini söyləyib.

Nümayəndə bu məsələni ekspertdən soruşmağı təklif edib.

Proses zamanı digər mübahisəli məsələ isə vergi yoxlamaları zamanı obyektlərə mövsümü aylarda daha az, ilin adi aylarında isə daha çox qiymət hesablanması olub.

Vəkil İsmayıl Kəngərli deyib ki, vergi yoxlamaları zamanı bulvarda səyahət qatarına ilin qış aylarında daha çox, lakin yay aylarında, yəni insanların bulvara daha çox üz tutduqları vaxtlar daha az pul hesablanıb.

Nümayəndə Niyaməddin Tanrıverdiyev bunu icarədarların fərqli olması ilə əsaslandırıb.

Bu obyektlərin fəaliyyətdə olduğu ayları müəyyən etmək üçün Hakim Leyla Əsgərova-Məmmədova da təqsirləndirilən İlqar Mustafayevdən sözügedən obyektlərlə bağlanan müqavilələrin mövsümü və ya daimi olduğunu soruşub.

İlqar Mustafayev deyib ki, Dənizkənarı Bulvar İdarəsində əksər müqavilələr mövsümü olur, çünki bir çox obyekt mövsümünə uyğun fəaliyyət göstərir.

Prosesə ayrılan vaxt başa çatdığı üçün iclas fevralın 18-nə kimi təxirə salınıb.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəyiblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:449
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Fevral 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri