Icma.az
close
up
RU
Müharibələr ayrı ayrı ölkələr üçün geniş geosiyasi təsirlər paketidir ŞƏRH EDİLDİ

Müharibələr ayrı ayrı ölkələr üçün geniş geosiyasi təsirlər paketidir ŞƏRH EDİLDİ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Dünyada gedən müharibələr ölkələrə yalnız hərbi deyil, həm də siyasi, iqtisadi, sosial və təhlükəsizlik müstəvilərində ciddi təsir göstərir. Bu təsirlərin miqyası hər bir ölkənin coğrafi mövqeyindən, siyasi sistemindən, iqtisadi dayanıqlığından və qlobal proseslərə nə dərəcədə inteqrasiya olunmasından asılıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.Onun sözlərinə görə, müharibələr ilk növbədə regional və qlobal güc balansını dəyişdirir, dövlətləri mövcud xarici siyasət kurslarını yenidən müəyyənləşdirməyə vadar edir:"Bir çox ölkələr müharibənin tərəflərindən birinə yaxınlaşır, digərləri isə neytrallığı qorumağa çalışır. Bunun nəticəsində yeni ittifaqlar və diplomatik xətt yaranır, dövlətlərin beynəlxalq mövqeyi dəyişir. İqtisadi baxımdan müharibələr ən çox enerji və qida bazarlarında ciddi dalğalanmalara səbəb olur. Xüsusilə böyük istehsalçı ölkələrdə və ya qlobal ticarət yolları üzərində baş verən münaqişələr enerji qiymətlərini artırır, logistika xətlərini pozur və inflyasiyanı yüksəldir. Bu təsirlər inkişaf etmiş ölkələrdə iqtisadi yavaşlamaya, inkişaf etməkdə olan ölkələrdə isə daha ağır nəticələrə – ərzaq çatışmazlığına, qiymət artımına və valyuta təzyiqinə gətirib çıxarır. Müharibə riskləri həmçinin xarici investisiyaları azaldır, kapitalın daha təhlükəsiz regionlara yönəlməsinə səbəb olur.Təhlükəsizlik baxımından, müharibələr ölkələri daha çox silahlanmağa və müdafiə büdcələrini artırmağa məcbur edir. NATO ölkələri, Asiya-Sakit Okean regionu dövlətləri və Yaxın Şərq ölkələrində hərbi xərclər rekord səviyyəyə çatır. Bununla yanaşı, münaqişələrin yaratdığı qaçqın axınları sosial və humanitar problemləri gücləndirir, dövlətlərin daxili sabitliyinə təsir edir, cəmiyyətlərdə radikallaşma riskini artırır. Bəzi ölkələrdə qaçqınların yerləşdirilməsi siyasi gərginlik yaradır və hökumətlərin daxili siyasətini dəyişdirir. Nəticə olaraq, dünyada baş verən müharibələr ayrı-ayrı ölkələr üçün təkcə münaqişə bölgəsinin problemi deyil, geniş geosiyasi, iqtisadi və sosial nəticələr doğuran çoxşaxəli təsirlər paketidir. Bu təsirlər bəzən birbaşa, bəzən dolayı şəkildə hiss olunur, lakin istənilən halda qlobal mühitdə sabitlik və inkişaf perspektivlərini dəyişdirir".

Müəllif: Arzu Qurbanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Dekabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri