Icma.az
close
up
RU
Müharibələr davam etdikcə qızılın qiymətində artım müşahidə olunacaq İqtisadçı

Müharibələr davam etdikcə qızılın qiymətində artım müşahidə olunacaq İqtisadçı

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Qızılın qiyməti Yaxın Şərqdəki gərginlik və ABŞ iqtisadiyyatı ilə bağlı narahatlıqlar fonunda yeni rekord həddə yüksəlib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" nəşri məlumat verir.

Məlumata görə, hazırda kotirovkalar bir unsiya üçün 3023.8 dollara çatır.

Bildirildiyinə görə, qiymətin yüksəlməsi Yaxın Şərqdə gərginliyin artması ilə müşayiət olunur ki, bu da qızılın etibarlı sığınacaq kimi cəlbediciliyini bir daha vurğulayır.

İnvestorlar, həmçinin ABŞ-nin məlumatlarını da qiymətləndirirlər ki, bu da ölkənin iqtisadi artımının yavaşlaması ilə bağlı narahatlıqları artırır.

Xatırladaq ki, martın 18-də İsrail Qəzzada HƏMAS-ın hədəflərinə hərbi zərbələr endirib.



Məsələyə münasibət bildirən iqtisadçı -ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, qızılın qiymətinin qalxması dünyada, qızıla olan tələbatın artması ilə əlaqədardır: 


“Neftin qiymətinin enməsi qızılın qiymətinə təsir edib və qızıl tədarükünə sabit maliyyə aləti kimi tələbatı artırıb. Hazırda dünya Mərkəzi bankları qızıl alışını daha çox edir. Bu da qızılın qiymətinin artmasına səbəb olur. Ölkəmizə bu iki istiqamətdə təsir göstərir. Bilirsiniz ki, ölkəmiz həm də qızıl ixracatçısıdır. Azərbaycanda yalnız 2024-cü  ildə qızıl ixracı 180 milyon dollarlıq təşkil etmişdi. Sözsüz ki, bu da qeyri neft sektorundan sonra ölkəmizə valyuta gətirən digər əsas sahələrdən biridir. Bu baxımdan da, qızılın qiymətinin artması qızıl ixracatçısı kimi bizim büdcə gəlirlərimizi artırır. Lakin biz həm də qızıl idxalçısıyıq”. 


 Iqtisadçı ekspert, Natiq Cəfərli  isə bildirib ki, qızılın qiymətinin artmasının tək səbəbi var: 


“Bu da dünyada olan iqtisadi, siyasi təlatümlərdir. Qızıl həmişə güvənli liman rolunu oynayır. İndi son zamanlar səhm bazarında ciddi qiymətlərin enməsinin şahidi olduq. Səhmlər kəskin şəkildə düşür. Səhmlərdən çıxan investorlar öz yatırımlarını qızıla yönəldirlər və güvənli liman rolunu oynamaqda davam edir. Müharibələr davam etdikcə qızılın qiymətində artım müşahidə olunacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Mart 2025 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri