Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Müharibəni dayandıracam” deyən Trampın əsl məqsədi başqa imiş: ABŞ ın Ukrayna ilə bağlı gizli planı ortaya çıxdı KONKRET

“Müharibəni dayandıracam” deyən Trampın əsl məqsədi başqa imiş: ABŞ ın Ukrayna ilə bağlı gizli planı ortaya çıxdı KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Dünəndən bütün dünya Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasındakı baş tutan gərgin görüşü müzakirə edir. Ciddi mübahisılər və qarşılıqlı ittihamlarla yadda qalan görüş təkcə Ukrayna tərəfi üçün deyil, bütün dünyaya gözlənilməz olub. ABŞ prezidenti və vitse-prezidentinin Zelenskiyə hücumu birmənalı qarşılanmır. Bütün bunlar Ukraynanı gözləyən çətin günlərə işarədir. Tramp özünü sülhpərvər kimi göstərərək guya Üçüncü Dünya Müharibəsinin başlanmasından narahatlığını ifadə edir. Ümumiyyətlə, Trampın Ukraynaya qarşı siyasi xətti bir qədər qərəzlidir və dünənki görüş də bunu sübut etdi. Üç il il ərzində Ukraynanı silahlandıran ABŞ-ın birdən-birə Kiyevi tək buraxması və fərqli mövqe nümüyiş etdirməsi heç bir siyasi etikaya sığmır. Karyerasını bizneslə başlayan Tramp bütün məsələlərə alverçi təfəkkürü ilə yanaşır və hər bir işdən mənfəət götürmək istəyir. Şəxsi ambisiyalarını hər şeydən üstün tutan hazırkı Amerika prezidenti dünənki görüşdə bunu bir daha sübut etdi. Bilərəkdən jurnalistlər qarşısında şou yaradan biznesmen prezident əslində öz mahiyyətini ortaya qoydu. Hətta emosiyalara qapılıb protokol qaydalarını yaddan çıxaran ABŞ prezidentinin Zelenskini əliylə itələməsi də, ölkə başçısına yaraşan jest deyildi. Bu, bir daha göstərdi ki, Ukraynanın təbii sərvətlərinə fokuslanan Tramp Zelenskinin cavabını əvvəlcədən bildiyi üçün bu hücumu təşkil edib. Ukrayna prezidenti Trampın qarşısına arqumentlər qoymağa çalışsa da ABŞ vitse-prezidentinin məsələyə müdaxiləsi vəziyyəti bir qədər də sərtləşdirib.

Əslində, ABŞ-ı Ukraynadakı müharibə deyil, əldə edəcəyi qazanc maraqlandırır və bu alver adamları dəstək verdikləri ölkənin arxasından qaçmaqla öz mahiyyətlərini bir daha ortaya qoyurlar. Zelenskinin Ağ Evdə təzyiqlərə məruz qalması, Trampın ona hədə-qorxu gəlməsi, bugünkü reallıqdır və dünyada ədalət prinsipinin olmamasından xəbər verir. Üstəlik, dünyanı bölüşdürməyi düşünən bu adamlar üçün Ukrayna çox kiçik məkandır. Ukraynanı cəzalandırmaqla yeni düzən yaratmaq istəyən bir ölkənin “makler” prezidenti işğalçı Rusiya haqqında bir kəlmə də danışmayıb. İki gün əvvəlki çıxışlarının birində Putin haqqında xoş sözlər söyləyən ABŞ prezidenti bununla öz mahiyyətini bir daha ortaya qoyub. Zelenskiylə görüşdən sonra bəyanat yayan Tramp bildirib ki, Ukrayna prezidenti ona qarşı hörmətsizlik edib. Əslində bu bəyanat özündə çox məsələləri ehtiva edir və Ukraynanın bölünməsinə işarədir. Zelenski isə geri çəkilənə oxşamır. Nə qədər təklənsə də, Trampın məkrli planını qəbul etməyəcək. Amma bir məsələni də nəzərə almaq lazımdır ki, Ukrayna dünyanın iki böyük gücünə qarşı mübarizə aparmaq gücündə deyil. Üç ildir bütün resurslarını xərcləyən Kiyev belə vəziyyətə hazır deyildi. Açığı dünyanın ən istedadlı təhlilçisi də bunu ağlının ucundan keçirə bilməzdi. Seçki öncəsi Rusiya-Ukrayna müharibəsinə son qoyacağına söz verən Trampın planları sən demə başqaymış. Məqsəd işğalçıya haqq qazandırmaq və Ukraynaya hədə-qorxu gəlib onun ərazilərini bölməkdir. Böyük ehtimalla Avropa ölkələri də bu məsələyə biganə qalmayacaq və Aİ Ukrayna böhranı ilə bağlı lazımi addımlar atacaq. Ancaq görünən odur ki, ABŞ Ukraynanı küncə sıxıb və Kiyevi tərkisilah etməyə çalışır. Hətta dünənki şoudan sonra qapalı keçən görüş və prezidentlərin birgə mətbuat konfransı da baş tutmayıb. Buna səbəb Zelenskinin görüşü yarımçıq dayandırıb geri dönməsi olub. Bax belə, düynanın nizam-tərəzisini tarazlaya bilməyən ABŞ öz şərtlərini diktə etmək üçün hər cür oyuna gedir. Bu isə təhlükəli oyundur.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Mart 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri