Icma.az
close
up
RU
Paşinyandan əsl məqsədi ortaya çıxdı Müharibə başlayacaq? KONKRET

Paşinyandan əsl məqsədi ortaya çıxdı Müharibə başlayacaq? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Bir müddətdir ki, Ermənistanın Azərbaycanla yeni müharibəyə başlamağa hazırlaşdığı ilə bağlı iddialar ortada dolaşır. Bu iddiaları gücləndirən məqamlar da az deyil. Məsələn, rəsmi  İrəvanın masada sülh danışıqlarından boyun qaçırması, müddətin uzadılması, özünə yeni müttəfiq axtarışı və ən nəhayətində zəif ordunun güclü silahlarla təchiz olunması kimi faktlar sözügedən məsələni daha da ciddiləşdirir. Bəs Ermənistan əslində nə istəyir?

KONKRET.az siyasi ekspertlərin ümumi rəyinə əsasən xəbər verir ki, qarşı tərəfin məsələni bu qədər uzatmaqda məqsədinin yeganə səbəbi qorxudur.

Ermənistan özünü sığortalamaq istəyir. Bu məsələdə isə çıxış yolunu Avropa Birliyinin missiyasında görür. Ermənistanın Azərbaycandan əsl istəyi Avropa Birliyi Missiyasının fəaliyyətinin davam etdirilməsidir.  Ermənistan AB missiyasını ölkəsinin təhlükəsizliyini artırmaq və beynəlxalq dəstəyi cəlb etmək üçün bir vasitə kimi görür. Bu missiya vasitəsilə Ermənistan Avropa ölkələri ilə daha sıx əməkdaşlıq qurur və regionda münaqişələrin həllində Avropa təsirini artırmağa çalışır. Danışıqlarda Minsk Qrupunun ləğv olunmasına razı olsa da, qarşı tərəfin AB missiyasının qalması üçün israr edəcəyi ehtimal edilir.

Ekspertlərin fikrincə, Ermənistanın bu istəyinin reallaşması o qədər də real görünmür. Çünki Azərbaycan qoyduğu tələblərdən geri addım atmağı fikirləşmir. Ermənistan tərəfi reallığı bildiyi üçün özünə tərəfdaşlar axtarmağa və səhv addımlar atmağa davam edir. Yekunda isə əminliklə demək olar ki, ölkəmiz danışıqlardakı mövqeyindən dönmək fikrində deyil və bu baş verməyəcək.

Qeyd edək ki, Azərbaycanın mövqeyi sülh prosesində aydın və prinsipialdır: münaqişənin hərbi mərhələsi artıq bitib, regionda sabitlik və əməkdaşlıq yalnız ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və qarşılıqlı maraqların təmin edilməsi əsasında mümkündür. Azərbaycanın bu mövqeyi həm regional inkişafı, həm də beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutur. Həmçinin, Minsk Qrupunu qeyri-effektiv hesab edən Azərbaycan AB missiyasını birtərəfli yanaşma kimi qiymətləndirir və Ermənistan tərəfində yerləşdirilməsinin balanssız olduğunu bildirir. Bakı bu missiyanın münaqişənin həllinə obyektiv töhfə verməyəcəyini iddia edir./yenisabah

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Yanvar 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri