Icma.az
close
up
RU
Müharibənin başladığı gün nüvə silahları hazır idi Rus hərbçi dəhşətli sirləri AÇIQLADI

Müharibənin başladığı gün nüvə silahları hazır idi Rus hərbçi dəhşətli sirləri AÇIQLADI

Icma.az, Modern.az saytına istinadən bildirir.

Rusiya ordusunun nüvə silahları olan bazasında xidmət edən hərbi qulluqçu ölkədən qaçıb. 

Modern.az-ın məlumatına görə, o, nüvə bazasında yaşananları BBC-yə danışıb.

Adı açıqlanmayan hərbi qulluqçu bildirib ki, Rusiya və Ukrayna arasında müharibə başlayan gün nüvə silahlarının yerləşdirildiyi hərbi bazada xidmət edirdi. O, müharibənin rəsmi olaraq başladığı gün bazanın döyüş xəbərdarlığına keçdiyini bildirib. "Əvvəllər biz ancaq məşq edirdik. Müharibə başlayan gün bütün silahlar hazır idi. Biz öz gücümüzü dənizə, havaya göndərməyə və kağız üzərində nüvə hücumu etməyə hazır idik" hərbçi qeyd edib.

Qeyd edək ki, müharibənin başlamasından 3 gün sonra Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə silahlarının ən yüksək hazırlıq səviyyəsinə qaldırdıqlarını bildirib. Rus hərbçi isə bu səviyyənin müharibənin ilk günündə qüvvədə olduğunu qeyd edib.

"Baxdığımız tək şey Rusiya dövlət televiziyası idi. Bütün bunların nə demək olduğunu tam dərk etmirdim. Mən avtomatik olaraq öz vəzifələrimi yerinə yetirirdim. Biz müharibəyə girmirdik, sadəcə, nüvə silahlarını qoruyurduq", - hərbçi qeyd edib.

O deyir ki, iki və ya üç həftədən sonra xəbərdarlıq səviyyəsi aşağı salınıb. Rus hərbi qulluqçunun sözlərinə görə, bazada xidmət edən əsgərlərin hamısı peşəkardır: "Burada sıravi əsgər yoxdur. Əsgərlər diqqətlə seçilir. Daimi müşahidə var, yalan detektoru ilə hamını sınaqdan keçirirlər. Oradakılar nüvə hücumunu dəf etmək və ya hücumu həyata keçirməkdən məsuldurlar. Tabeliyimdəki əsgərlərin bazaya telefon gətirməməsinə nəzarət edirdim. Biz qapalı idik, yad adamlar yox idi. Əgər ailənizin sizə baş çəkməsini istəyirsinizsə, üç ay öncədən kəşfiyyata müraciət etməli idiniz".

Hərbçi qeyd edir ki, bazada müntəzəm olaraq təlim və məşq keçirirlər. Onun sözlərinə görə, təhlükəsizlik təhdidlərinə iki dəqiqə ərzində cavab verilir.

Amerika Alimləri Federasiyasının (FAS) məlumatına görə, Rusiyada təxminən 4380 nüvə başlığı var. Lakin onlardan 1700-nün istifadəyə hazır olduğu təxmin edilir.  Bəzi Qərb ekspertləri Rusiyanın əlində olan silahların əsasən sovet dövründən miras qaldığını, bəzilərinin isə işlək vəziyyətdə olmadığını iddia edirlər.

Keçmiş rus əsgəri bu fikri rədd edib: "Bəzi ərazilərdə köhnə silahlar ola bilər, lakin ölkənin böyük nüvə silahı arsenalı var. Çoxlu döyüş başlıqları var".

Keçmiş rus hərbçi əmrə tabe olmadığı üçün nüvə bazasından başqa hərbi hissəyə sürgün edilib və oradan fərarilik edərək ölkəni tərk edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri