Icma.az
close
up
RU
Müharibənin necə, hansı formada bitəcəyinə ABŞ qərar verəcək Siyasi şərhçi

Müharibənin necə, hansı formada bitəcəyinə ABŞ qərar verəcək Siyasi şərhçi

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya-Ukrayna müharibəsinin uzanacağı təqdirdə Tramp administrasiyası həm Kiyevə, həm də Moskvaya təzyiq göstərmək üçün yeni planlar hazırlayır. Bildiyimiz kimi, Rusiyaya artıq bir çox sanksiya tətbiq olunub.
Bununla bağlı siyasi şərhçi Kənan Novruzov Demokrat.az-a açıqlama verib.
O bildirib ki,  Tramp hakimiyyətə gələndən bəri hər iki tərəflə işləyir:
“ABŞ-nin hər iki tərəfə təzyiq mexanizmləri var. Ukraynaya silah-sursatı azaltmaq təhdidi var. Bu gün Ukrayna faktiki olaraq ABŞ-dan asılı vəziyyətdə olduğuna görə Tramp istədiyi vaxt o yardımı dayandırmaqla Ukraynanı hədələyə bilir. Rusiya ilə əsas məsələ neft və qaz qiymətləri ilə bağlıdır. Yəni, neft və qaz qiymətlərinin aşağı salınması Rusiyaya çox ciddi zərbə ola bilər. İkincisi, tətbiq olunan sanksiyalardır. ABŞ-nin hər iki tərəfə təzyiq mexanizmləri var və bundan istifadə edir. Bu gün həm Ukrayna, həm də Rusiya başa düşür ki, ABŞ-dən asılı vəziyyətdədilər. Müharibənin necə, hansı formada bitəcəyinə ABŞ qərar verəcək. Ukrayna Rusiyadan fərqli olaraq ABŞ-a meydan oxumağa çalışır. Çünki Avropa İttifaqına güvənir. Rusiya ABŞ ilə dil tapmağa çalışır və ABŞ-nin damarını tapdalamamağa çalışır. Ukraynadan fərqli olaraq, Rusiya Avropadan ümumiyyətlə heç nə gözləmir və Avropayla Rusiya arasında münasibətlər çox kəskindir”.
Siyasi şərhçi əlavə edib ki, ABŞ-nin imkanları Avropa İttifaqına nisbətən daha çoxdur:
“Rusiyaya sanksiyalar tətbiq olunmaqla yanaşı, xüsusilə Rusiyanın enerji sektoruna  da sanksiyalar tətbiq oluna bilər. Bu sanksiyaların tətbiq olunması ilə yanaşı ABŞ həm də dialoq pəncərəsini qapamayacaq. ABŞ çalışacaq ki, hər iki ölkəni masa arxasına otuzdura bilsin. Artıq ABŞ ilə İran arasında müharibə məsələsi gündəmə gəlməkdədir. Belə olan halda ABŞ-a lazım deyil ki, bir neçə cəbhədə parçalansın. Ona görə ABŞ mümkün qədər tez atəşkəsə nail olub, bütün diqqətini İrana yönəltmək istəyir. Atəşkəs ehtimalı mənə görə nə qədər realdırsa, o qədər də müharibənin genişlənməsi ehtimali realdır. Ehtimal edirəm ki, müharibə bitəcəksə və atəşkəs əldə olunacaqsa, sazişə Zelenski qol çəkməyəcək. Zelenski o zamana qədər istefa verməsi mümkündür və çox güman ki, yerinə gələn başqa siyasətçi onun yerinə qol çəkiləcək. Çünki Zelenski elə bir sənədə qol çəkəcəksə xalq onu bağışlamayacaq”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Aprel 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri