Icma.az
close
up
RU
Müharibənin son fazası

Müharibənin son fazası

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün bütün sülhsevər insanları və ən çox da Azərbaycan vətəndaşlarını narahat edən əsas məsələ, şübhəsiz, qonşu İran dövlətinə, onun başında duran rejimə qarşı ABŞ-İsrail hərbi qüvvələrinin birgə apardığı müharibədir. Bu müharibənin uzanması, genişlənməsi, böyüməsi yaxşı heç nə vəd etmədiyindən ABŞ dövləti onu tez bir zamanda bitirməyə can atır. İrandakı hərbi strukturların doxsan faizinin məhv edilməsinə baxmayaraq, dirəniş davam etməkdədir. Sonuc əvvəldən məlum olsa da İran rəsmiləri tərəfindən səsləndirilən “Atəşkəsdən söhbət gedə bilməz!

Amerika və İsraili məhv edənə qədər döyüşəcəyik!”, “Müharibəni biz başlamamışıq, düşmənləri məhv etməkdə özümüzü haqlı hesab edirik!”, “Heç bir danışıqdan söhbət gedə bilməz, sona qədər vuruşacağıq!” kimi şüarların özündə nəyi ehtiva etdiyi əslində aydındır.Məqsəd vətəndaşları İran dövlətinin gücünə inandırmaq, onları sakitləşdirmək və rejimə qarşı baş qaldıra biləcək növbəti üsyan dalğasının qarşısını almaqdır. 
 

İran vətəndaşları anlamamış deyillər ki, müharibəni İran rəhbərliyi başlamasa dabaşladılmasına o, səbəb olub. Biz İran hakimiyyət orqanlarının “Müsəlman qardaşlarımız dar gündə bizim yanımızda olmadılar” iradını da qəbul etmirik. Çünki qonşu dövlətəgöstərdiyimiz maddi və mənəvi dəstək həmişə göz qabağında olub.

Ancaq təəssüflər olsun ki, 44 günlük Qarabağ savaşı zamanı biz İran dövlətini müsəlman qardaşlarının yanında deyil, düşmən xristian dövlətinin tərəfində gördük. 

Onlar şanlı ordumuzun öz torpağımızda İranla sərhəd boyu irəliləməsinin qarşısını alaraq əlavə şəhidlər veməyimizə səbəb oldu. Bu, İran hakimiyyəti tərəfindən Azərbaycan dövlətinə qarşı arxadan vurulan ağır bir zərbə idi. Mən hələ İran tərəfdən Azərbaycan və Türkiyəyə atılan raket zərbələrini demirəm. Baxmayaraq ki, Türkiyə dövləti də bu müharibədə İranı həmişə dəstəkləyib. 

Bu gün ABŞ-nin quru qoşunlarının İrana hücum edərək hakimiyyəti tam ələ keçirməsi real görünmür. Çünki bu, hər iki tərəfdən böyük insan tələfatına səbəb ola bilər.

Amma bu çevriliş yerli camaatın, müxtəlif xalqların üsyanı nəticəsində tez bir zamanda reallaşa bilər. Fərz etmək olar ki, Amerika və İsrailin kəşfiyyat və xüsusi xidmət orqanları İranda bu istiqamətdə xeyli iş görüblər. Quru qoşunları o vaxt İrana girəcək ki, xalq rejimə qarşı yenidən üsyana qalxmış olsun.  

Keçək baş verən bu hadisələrə qonşu ölkələrin münasibətinə.Baxaq görək istər Türkiyə olsun, istərsə də körfəz dövlətləri; onlar İranın atom silahına sahib olmasını istəyərmi? Əlbəttə ki, yox! İranın atom bombasına malik olması Yaxın Şərqdə böyük təhlükə mənbəyi olmaqla yanaşı, istər-istəməz qonşu dövlətləri də bu istiqamətdə silahlanma yarışına sövq etməyəcəkmi?! İranın parçalanması isə öz ərazilərini genişləndirmək üçünçalışan İsrail dövlətini daha böyük işğallara həvəsləndirə bilər. 

Demokratik prinsiplərlə deyil, irticaçı bir rejimlə idarə olunan İran dövləti nəyinki qonşu ölkələr, həmçinin öz vətəndaşları tərəfindən də dəstəklənmir. Bir neçə ay öncə öz doğal hüquqları uğrunda üsyana qalxan, sonucda meydanlarda dar ağaclarından asılaraq edam edilən insanların ailələrini silah gücünə nümayişlərə çıxarıb, İran rejimini müdafiə etməyə məcbur etmək gülünc və ikrah hissi doğurur. Deməli Türkiyə və qonşu dövlətlər İranın parçalanmasında deyil, rejimin məhv edilməsində maraqlı ola bilər. Görünən odur ki, ABŞ dövlət rəhbərliyi İranın maddi sərvətlərinə, əhalisinə deyil, əsasən hərbi strukturlarına zərbə vurmaqla qalib gəlmək və hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Baxmayaraq ki, bu variant İsrail dövlətini heç də qane etmir.

Müharibənin uzanmasının bir sıra səbəbləri vardır. Bunlardan birincisi Rusiya və Çin dövlətinin İrana göstərdiyi maddi və mənəvi dəstəkdir. Ukrayna-Rusiya müharibəsində ABŞ və Avropa dövlətləri Ukraynaya böyük hərbi yardımlar etdiyi üçünbu gün Rusiya da öz imkanları daxilində İrana köməklik edir. Bu arada İran dövlətinin Rusiyaya ötürdüyü davamlı hərbi yardımları da unutmaq olmaz. Çinə gəldikdə isə, aydındır ki, o, ABŞ dövləti ilə rəqabət aparan yeganə güc mərkəzidir.

Odur ki, ABŞ dövlətinin bu müharibəni aparmaqda əsas məqsədlərindən birincisi dünya enerji resurslarını öz nəzarətinə keçimək istəyidir. Müharibənin uzanmasına digər səbəb isə döyüşbaşlamazdan öncə ABŞ və İsrail rəhbərliyinin bu savaşı Avropa dövlətləri ilə müzakirə etmədən, razılaşmadan həyata keçirməsi oldu. Və ona görə də müharibənin gedişində ABŞ dövləti avropalı müttəfiqlərindən kömək istəyərkən qarşı tərəfdən müsbət cavab ala bilmədi. Nəzərə alsaq ki, Çin və Rusiya dövlətləri bu savaşın bitməsində deyil, uzanmasında maraqlıdır, deməli müharibənin tez bir zamanda başa çatması üçün danışıqlara gedilməsi qaçılmazdır. Və bu danışıqlar yalnız ABŞ dövlətinin şərtləri çərçivəsində baş tutacaq. Əks təqdirdə bu, ABŞ-nin İrana məğlubiyyəti kimi dəyərləndirilə bilər. Aydındır ki, İran dövləti danışıqlara gedəcək. Yox əgər o, bunu etməsə, onda ABŞ-İsrail hərbi birləşmələri daha böyük və intensiv hücumlarla öz məqsədinə çatacaq.

Aləm Kəngərli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Mart 2026 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri