Icma.az
close
up
RU
Müharibənin uşaqlara psixoloji TƏSİRİ

Müharibənin uşaqlara psixoloji TƏSİRİ

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Müharibə mühitində yaşayan uşaqlar çoxşaxəli psixoloji, sosial və fizioloji təsirlərlə üzləşirlər. Davam edən bu kimi zorakılıq və qeyri-sabitlik halları isə onların inkişafına, gələcək həyatlarına əhəmiyyətli təsir göstərir.

Bu barədə Modern.az-a danışan Azərbaycan Psixologiya Akademiyasının rəhbəri, həkim-psixiatr Ramil Hüseynzadə bildirib ki, müharibə uşaqlar üçün ciddi təhlükə və risk mənbəyidir. Bu isə, onların ən əsas ehtiyaclarından biri olan təhlükəsizlik hissini pozur:

“Təhlükəsizlik hissi Maslovun ehtiyaclar iyerarxiyasında ən təməl pillədə yer alır. Müharibə zamanı uşaqlarda davamlı qorxu, qeyri-müəyyənlik və narahatlıq yaranır. Eyni zamanda, bu mühit itkilərlə müşayiət olunduğundan, uşaq yaxınlarını itirdikdə travma və yas hissi yaşayır. Həyatda qalan yaxınlarını da itirmək qorxusu yaranır. Məktəbdən və sosial mühitdən uzaqlaşır, sosial izolyasiya və təcrid halları müşahidə olunur”.

Psixiatrın sözlərinə görə, müharibə şəraitində böyüyən uşaqlarda yuxu pozuntuları, qidalanma problemləri və çoxsaylı bədən şikayətləri sıx rast gəlinən hallardandır:

“Bəzən uşaqlar yaşıdları ilə normal ünsiyyət qurmaqda çətinlik çəkirlər. Hətta aqressiv və ya tərs davranışlar da müşahidə oluna bilər. Təəssüf ki, müharibə uşaqların həyata baxışını, gələcək planlarını və ümidlərini zədələyir. Onların böyüklərdən fərqi odur ki, hiss etdikləri narahatlıqları açıq ifadə edə bilmirlər. Travmatik təsirlər daha çox davranış dəyişikliyi, oyunlarda zorakılıq motivlərinin artması və ya özünəqapanma şəklində üzə çıxır”.

Ramil Hüseynzadə əlavə edib ki, müharibə mühitində yaşayan uşaqlarda tez-tez Posttravmatik Stress Pozuntusu (PTSP), ayrılıq həyəcanı, depressiv əlamətlər, aqressiya və davranış pozuntuları müşahidə olunur. Eyni zamanda somatizasiya - yəni psixoloji narahatlıqların bədən əlamətləri ilə ifadəsi də geniş yayılıb:

“Uşaqlarda tez-tez qorxulu yuxular, kabuslar olur. Bəzən yaşına uyğun olmayan, daha uşaqsayağı davranışlar sərgiləyirlər - biz bunu reqressiya adlandırırıq. Sosial çəkinmə, tənhalığa meyl, öyrənmə çətinlikləri də ortaya çıxır. Bu problemlərlə mübarizədə ilk addım uşağın təhlükəsizlik hissinin bərpasıdır”.

Psixiatrın sözlərinə görə, uşaqlar həm fiziki, həm də psixoemosional baxımdan özlərini güvəndə hiss etməlidirlər. Bu zaman onların hisslərini ifadə etmələri üçün əlverişli şərait yaradılmalıdır:

“Əgər uşaq hisslərini sözlə ifadə edə bilmirsə, müxtəlif oyunlar, hekayələr və rəsmlər vasitəsilə onun emosiyalarını ortaya çıxarmaq olar. Ailənin bu istiqamətdə maarifləndirilməsi və dəstəyi çox önəmlidir. Uşağa başa salmaq lazımdır ki, bu reaksiyalar qeyri-adi deyil və hazırda təhlükəsiz yerdədir”.

R.Hüseynzadə onu da vurğulayıb ki, bu halların aradan qaldırılmasında müxtəlif terapiya üsulları - sənət terapiyası, psixoterapiya və ya dərman müalicəsi faydalı ola bilər. Eyni zamanda, uşağın məktəbə və sosial həyata adaptasiyası da mütləq şəkildə dəstəklənməlidir:

“Uşağın travmasını yenidən yaşamasına səbəb ola biləcək mühit və suallardan uzaq tutulması vacibdir. Əks halda, bu hallar uzunmüddətli psixoloji fəsadlara səbəb ola bilər”.

Sonda psixoloq qeyd edib ki, erkən müdaxilə və dəstək olmadıqda, müharibənin yaratdığı qorxu və narahatlıqlar uşaqda gələcəkdə daha ciddi problemlərə yol aça bilər:

“Bu hallar panik pozuntu, özünəinamın itməsi, özünədəyərin formalaşmaması, münasibətlərdə çətinliklər, sosial təcrid, şəxsiyyət inkişafında geriləmələr və destruktiv davranışlar kimi özünü göstərə bilər”.

Aytac Bəhruzqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 İyun 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri