Icma.az
close
up
RU
Halloween bayramının uşaqlara təsiri və psixoloji riskləri nədir? Psixoloq DANIŞDI

Halloween bayramının uşaqlara təsiri və psixoloji riskləri nədir? Psixoloq DANIŞDI

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

""Halloween" son illər qlobal pop-mədəniyyətin təsiri ilə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da uşaqlar arasında maraq doğuran bayrama çevrilib. Bu bayramın əsas simvolları olan qorxu elementləri, ölümlə bağlı obrazlar və mistik motivlər valideynlərdə narahatlıq yarada bilir. Mövzuya psixoloji tərəfdən yanaşdıqda həm müsbət, həm də ehtimal olunan riskləri nəzərə almaq vacibdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva "Halloween" bayramının keçirilməsinin uşaq psixologiyasına təsirlərindən danışarkən bildirdi. Onun sözlərinə görə, "Halloween" uşaqlar üçün fantaziyanın və yaradıcılığın inkişafına müsbət təsir göstərə bilər:

"Kostyum seçimi, bəzəmə və dekorasiya uşaqlarda kreativ düşünməni gücləndirir. Həmçinin, bu bayram uşaqlara rol oyunları oynamağa imkan tanıyır, bu da onların emosiyalarını idarə etməyi və sosial qarşılıqlı əlaqəni öyrənmələrinə kömək edir. "Halloween" qorxulu elementlərlə təhlükəsiz tanışlıq imkanı yaradır, uşaqlar burada "oynadılmış qorxu" (playful fear) adlı adaptiv mexanizmi inkişaf etdirə bilərlər. Belə mühitdə qorxu ilə qarşılaşmaq uşaqların psixikasında möhkəm bir dözümlülük formalaşdıra bilər. "Halloween" həm də sosiallaşma üçün yaxşı bir fürsət yaradır; qrup fəaliyyətləri və kostyum tədbirləri uşaqların ünsiyyət bacarıqlarını artırır. Lakin bu bayramın potensial psixoloji riskləri də var. Məsələn, 3-6 yaş arasında uşaqların fantaziya və reallıq arasındakı sərhədi zəif olduğu üçün, qəbir ruhları, şeytan və cadugər kimi qorxulu obrazlar onlarda kabuslara, narahat yuxuya və təşviş reaksiyalarına səbəb ola bilər".

Psixoloq dedi ki, ölüm mövzusu ilə erkən qarşılaşmaq bəzi uşaqlarda ölüm anksiyetesini aktivləşdirə bilər:

"Eyni zamanda qan və yaralanma elementləri travmatik təəssürat yaratmaq gücünə malikdir, xüsusən həssas temperamentli uşaqlarda. Qorxu və sehr mövzusu uşağın düşüncəsinə müxtəlif təsirlər göstərə bilər. Uşaqlar üçün qorxulu obrazlar, əslində, daxili qorxuların xaricə çıxarılmış forması kimi qəbul edilir. Bu, simvolik oyun vasitəsilə idarə edilə bilər. Həmçinin, normativ qorxu ilə qarşılaşmaq uşağı real həyatda narahatlıq yaradan hallara qarşı daha davamlı edə bilər. Lakin əgər valideyn nəzarəti yoxdursa, media vasitəsilə göstərilən sərt qorxu səhnələri paranoya, qaranlıq qorxusu və panik atak meyillərini gücləndirə bilər. Bəzi uşaqlar daha həssasdır və "Halloween" bayramının qorxu elementləri onlarda uzunmüddətli narahatlıq yarada bilər. Bu uşaqlar arasında yüksək həssas temperamenti olanlar (HSP), anksiyete meyilli uşaqlar, travma yaşamış uşaqlar və güclü təsəvvürü olan uşaqlar yer alır. Bu uşaqlarda qorxu obrazları daha güclü təsir göstərə bilər".

Psixoloq tövsiyə etdi ki, valideynlər uşaqlarını qorxu və sehrlə bağlı daha sağlam şəkildə yönləndirmək üçün bəzi tədbirlər almalıdırlar.

"Yaşa uyğun kontent seçimi çox önəmlidir: 3-6 yaş arasında daha yumşaq və əyləncəli kostyumlar seçilməli, 7 yaşından sonra isə qorxu elementləri kontrollu şəkildə təqdim edilə bilər. Uşaqlarla bu mövzuda danışmaq və onlara “bu sadəcə kostyumdur”, “heç kim zərər vermir”, “əsl deyil” kimi açıqlayıcı cümlələr söyləmək faydalıdır. Valideynlər özləri də sakit və rahat yanaşaraq, uşaqlarına model olmalı və onların emosiyalarını düzgün şəkildə tənzimləmələrinə kömək etməlidirlər. Əgər uşaq gecə qorxuları yaşasa, onları zorla "Halloween" tədbirinə daxil etmək travmatik təsirə səbəb ola bilər. Qorxu motivləri müxtəlif növlərə ayrılır: normativ qorxu, dissosiativ qorxu və oyun qorxusu kimi. "Halloween" bayramı daha çox oyun qorxusuna aid edilir və nəzarətli şəraitdə bu, uşaqlar üçün sağlam və inkişaf etdirici bir təcrübə ola bilər. Beləliklə, "Halloween" bayramı uşaqlar üçün həm əyləncə, həm də inkişaf potensialı daşıyır. Lakin yaşa uyğun olmayan görüntülər və nəzarətsiz təqdimat psixoloji narahatlıqlara səbəb ola bilər. Balanslı və valideyn müşahidəsi altında keçirildikdə, bu bayram uşaqların yaradıcılığını, sosial bacarıqlarını və emosional dözümlülüyünü gücləndirən təhlükəsiz fəaliyyət ola bilər", - deyə Pərvanə Musayeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see389

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see191

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see175

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see169

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see168

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see145

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see140

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see137

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri