Mühasibat uçotu yalnız elektron formada aparılacaq
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu yalnız elektron formada aparılacaq.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb.
Yeni dəyişikliklərə əsasən, mühasibat uçotu subyektləri uçotu elektron şəkildə aparmalı və maliyyə hesabatlarını aidiyyəti quruma “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq təqdim etməlidirlər.
Qanun həmçinin “e-mühasibat” informasiya sisteminin funksiyalarını da müəyyənləşdirir. Bu sistem aşağıdakıları təmin etməlidir:
- Maliyyə hesabatlarının elektron imza ilə elektron qaydada təqdim olunması;
- Beynəlxalq mühasibat standartlarının Azərbaycan dilində rəsmi mətnlərinə, müvafiq hüquqi aktların elektron versiyalarına, mühasibat proqram təminatlarına və maarifləndirici materiallara çıxış.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 19 Aprel 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















