Icma.az
close
up
RU
Mühəndis, mexanik, tələbə Bu gün bizə qarşı oynayacaqlar...

Mühəndis, mexanik, tələbə Bu gün bizə qarşı oynayacaqlar...

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mühəndis, mexanik, tələbə - Bu gün bizə qarşı oynayacaqlar...

Bu gün Azərbaycanın futbol millisi UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteyn komandası ilə üz-üzə gələcək. Hazırda FİFA-nın reytinqində Azərbaycan millisi 125-ci, Lixtenşteyn isə 206-cı yeri tutur.

QOL.az xəbər verir ki, reytinqdə aradakı böyük fərqdən də göründüyü kimi, Azərbaycan millisi bu oyunun favoriti sayılır. Elə dünən Bakıda keçirilən mətbuat konfransında Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük də bunu etiraf edib. Bununla yanaşı, o deyib ki, oyuna yaxşı hazırlaşıblar və qənaətbəxş nəticə əldə edə bilərlər. "Azərbaycan bu oyunun favoritidir, amma sabah hər şeyin necə olacağını görəcəyik. Rəqib yarımmüdafiə və hücum xəttində təhlükəlidir. Heyətimizdə zədəli futbolçunun olmaması bizim üçün çox vacibdir”, - deyə o qeyd edib.

Azərbaycan millisinin futbolçularından fərqli olaraq, Lixtenşteyn komandasının heç də bütün üzvləri futbolla peşəkar səviyyədə məşğul olmurlar.  Açıq internet mənbələrində göstərildiyinə görə, milli komandanın bir çox oyunçusu peşəkar futbolçu deyil və futbolla gündəlik işi və ya təhsilli paralel davam etdirirlər.

Məsələn, Andrin Netzer kommersiya sahəsində çalışır. Livio Meier ətraf mühit mühəndisidir. Gabriel Foser isə mexaniki emal üzrə, Lorenzo Lo Russo daxili satış və inzibati işlər üzrə mütəxəssisdir. Komandanın bəzi üzvləri isə təhsillərini davam etdirirlər. 

Bununla yanaşı, Aron Sele rəqəmsal biznesin idarə edilməsi üzrə təhsil alıb, Niklas Beck, Severin Schlegel və Ferhat Saglam isə tələbədir.

Bu vəziyyət milli komandanın fəaliyyətinə də təsir göstərə bilir. Məsələn, Lixtenşteyn mediasının yazdığına görə, Philipp Gassner və Jakob Lorenz iş öhdəliklərinə görə Azərbaycanla səfər oyununa gələ bilməyiblər. Lorenz eyni zamanda Lixtenşteyn Universitetində təhsil alır.

Əlbəttə, millidə tam peşəkar oyunçular da var. Bunlardan əsas heyət üzvləri Nikolas Hasleri ("Vaduz", Lixtenşteyn), Marsel Bücheli ("Unipomezia Virtus", İtaliya), Alessio Hasleri ("FV Illertissen", Almaniya) və Fabio Luque-Notaronu ("Vaduz") qeyd etmək olar.

Lakin bütün bu faktlar təəccüblü görünməməlidir. Çünki cırtdan ölkə də adlandırılan Lixtenşteynin cəmi 40 min əhalisi var, çox kiçik futbol bazasına malikdir, Lixtenşteynin öz milli liqası yoxdur, ölkənin yeddi əsas klubu İsveçrə futbol sistemində iştirak edir.

Lakin. nə olsun ki...

27 il əvvəl 14 oktyabrında bu komanda rəsmi səviyyədə ilk qələbəsini məhz Azərbaycan millisi üzərində qazanıb.

Yəni bizi görəndə "cırtdan" da divə dönür...

ELNUR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://qol.az
archiveBu xəbər 01 Oktyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri