Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərə Futbol Liqasının (EFL) icraçı direktoru Trevor Birç 2026/2027 mövsümünün sonunda vəzifəsini tərk edəcəyini açıqlayıb.
QOL.az xəbər verir ki, EFL sədri Rik Parri onun fəaliyyətini yüksək qiymətləndirərək Birçin liqanın vacib dövründə sistemli və sabit idarəçilik göstərdiyini bildirib.
Qeyd edək ki, Trevor Birç 2021-ci ildən EFL-in icraçı direktoru kimi çalışır.
Birç gələn mövsümdən etibarən qüvvəyə minəcək Çempionşipin pley-off mərhələsində iştirak edən komandaların sayının 4-dən 6-ya qaldırılmasını nəzərdə tutan genişlənmə prosesinə rəhbərlik edib. O, həmçinin 2024-cü ildə İngiltərə Kubokunda təkrar oyunların ləğv edilməsi qərarını sərt tənqid edən şəxslərdən biri kimi yadda qalıb. O, bundan əvvəl “Tottenhem”, “Çelsi” və “Lids Yunayted” kimi klublarda da rəhbər vəzifələrdə çalışıb.
Baxış sayı:95
Bu xəbər 04 İyun 2026 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















