Icma.az
close
up
RU
Mülki aviasiyamız beynəlxalq standartlara uyğun qurulur

Mülki aviasiyamız beynəlxalq standartlara uyğun qurulur

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Dövlət başçısının Sərəncamı ilə “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı” təsdiq edilib

Azərbaycan son illər ərzində nümayiş etdirdiyi yüksək inkişaf tempi ilə yerləşdiyi regionda lider dövlətə çevrilib. Beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verən Azərbaycan iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri reallaşdırır və ölkəmizin təşəbbüsü, eləcə də iştirakı ilə qlobal layihələr uğurla icra edilir. İnkişaf strategiyası nəticəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətdir. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda özünü göstərir. Belə ki, ökəmizdə bütün sahələrdə olduğu kimi mülki aviasiya sahəsindən də sürətli inkişaf yan ötməyib. “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Müasir dovrdə mülki aviasiyada təhlükəsizliyin təmin edilməsi sahəsində beynəlxalq standartların tələblərinin, hava hərəkətinin intensivliyinin və həcminin artması fonunda insan hüquqlarının və əsas azadlıqlarının, xüsusilə hərəkət azadlığının təmin edilməsi üçün prosedurların sadələşdirilməsi, xidmətlərin əlçatan olması bu sahənin daha da təkmilləşdirilməsini zəruri edir. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi hava gəmisinin, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt daşımalarının hərəkətinin asanlaşdırılması, gecikmələrin qarşısının alınması, hava əlaqələrinin sürətləndirilməsi məqsədilə prosedurların sadələşdirilməsini, habelə “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nda bu prosedurların sadələşdirilməsi üçün həyata keçiriləcək tədbirlər kompleksini nəzərdə tutur. Sənəddə qeyd olunduğu kimi, Dövlət Proqramı mülki aviasiya sahəsində normativ hüquqi tənzimləmənin təkmilləşdirilməsini, mülki aviasiyanın təhlükəsiz inkişafı ilə bağlı prioritetlər sisteminin formalaşdırılıb həyata keçirilməsini, mülki aviasiyanın təhlükəsizliyinin, səmərəliliyinin və müntəzəmliliyinin təmin edilməsini, sərnişinlərin, yükün, baqajın, poçtun və bort ehtiyatlarının (qidalarının) daşınmasının sadələşdirilməsini, Azərbaycan Respublikasının gömrük, sərhəd, miqrasiya, səhiyyə, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, toxumçuluq, damazlıq heyvandarlıq, fitosanitar və baytarlıq normalarına uyğunluğunu və hava daşımaları sahəsində istifadə edilən sənədlərin və təmin edilən xidmətlərin operativ rəsmiləşdirilməsini nəzərdə tutur. Dövlət Proqramının müddəaları, yalnız bir kateqoriya üzrə uçuş əməliyyatı üçün nəzərdə tutulduğu hallar istisna olmaqla, mülki hava gəmiləri ilə həyata keçirilən bütün kateqoriyalardan olan uçuş əməliyyatlarına, Azərbaycan Respublikasında rəsmiyyətin sadələşdirilməsi üzrə müvafiq tədbirləri həyata keçirən dövlət orqanlarının (qurumlarının), o cümlədən xidmət təminatçılarının fəaliyyətinə şamil edilir.

Vurğulamaq yerinə düşər ki, mülki aviasiyamızın təməli yaxın keçmişimizlə bağlı deyil. Bir əsrdən artıq tarixi mərhələ var bu yolda. Belə tarixi olan Azərbaycan aviasiyası dünəndən bu günə qədər keçdiyi yolda mərhələ-mərhələ inkişaf edib. Azərbaycanın aviasiya tarixində uzaq məsafəyə ilk uçuş 1919-cu ildə həyata keçirilib. Azərbaycan mülki aviasiyası 1920-ci ilin aprelindən sonra SSRİ aviasiyasının tərkib hissəsi kimi fəaliyyət göstərib. Bu dövrdə Azərbaycan aviasiyası bir sıra məhdudiyyətlərlə qarşılaşsa da, müəyyən irəliləyişlərə də nail olub.

AZƏRBAYCANDA BEYNƏLXALQ HAVA LİMANI STATUSUNA MALİK MÜLKİ HAVA LİMANI

Azərbaycanın mülki hava donanmasının tarixində yeni keyfiyyətli dövr ötən əsrin yetmişinci-səksəninci illərinə təsadüf edir. Respublikanın 11 rayonunda yeni hava limanlarının tikilməsi və ya yenidən qurulması fikrimizi əsaslandırır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Naxçıvanda, Beyləqanda, Zaqatalada "Yak-40" reaktiv təyyarələri üçün süni örtüklü qalxma-enmə zolaqları salındı. Bakı və Gəncə hava limanları müasir naviqasiya vasitələri ilə təchiz edildi. 1971-ci ildə Gəncə Avia müəssiəsi fəaliyyətə başladı. Bütün bunlarla yanaşı, Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuş hava limanları tikildi. Daha sonra 1976-1980-ci illər üçün Azərbaycanda mülki aviasiyanın yüksək inkişaf tempini nəzərdə tutan proqram hazırlandı. Ümummilli Lider Heydər Əliyev sovet dövründə milli aviasiyanın inkişafında istədiklərini tam həyata keçirə bilməsə də, müstəqillik dövründə bu sahədə olan arzularını gerçəkləşdirə bildi. Məlumdur ki, sovet hakimiyyəti dağıldıqdan sonra hərbi əmlakın və texnikanın əksər hissəsi ölkədən çıxarıldı, Azərbaycanda yerləşən silahlı qüvvələr isə birbaşa Rusiyanın tabeliyinə keçdi. Azərbaycan aviasiyası ağır vəziyyətə düşmüşdü. Bütün əlaqələr pozulmuşdu. Belə bir zamanda Onun uzaqgörən siyasəti nəticəsində aviasiya sahəsində böyük layihələrin həyata keçirilməsinə start verildi. 1993-cü ildə dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, milli aviasiya sahəsində də kəskin dönüşə səbəb oldu. Görülən tədbirlər nəticəsində xarici aviaşirkətlərlə müqavilələr bağlandı. Aviasiya xətlərinin miqyasının sürətlə artması Azərbaycanın dünyaya çıxışını asanlaşdırdı. Ulu Öndərin rəhbərliyi ilə "1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf proqramı" hazırlanıb, uğurla həyata keçirildi. Bu proqram çərçivəsində 1999-cu il oktyabrın 2-də Bakı hava limanında dünya standartlarına tam cavab verən yeni aerovağzal kompleksi tikildi.

Bu gün Azərbaycan Respublikasında hazırda beynəlxalq hava limanı statusuna malik aşağıdakı 8 mülki hava limanı fəaliyyət göstərir ki, bunlardan Füzuli Beynəlxalq Hava Limanının açılışı 2021-ci il oktyabrın 26- da, Zəngilan Beynəlxalq Hava Limanının açılışı isə 2022-ci il oktyabrın 20- də olmuşdur (Laçın Hava Limanının tikintisi üzrə isə işlər davam etdirilir): - Heydər Əliyev Beynəlxalq Aeroportu, Naxçıvan Beynəlxalq Hava Limanı, Gəncə Beynəlxalq Hava Limanı, Lənkəran Beynəlxalq Hava Limanı, Qəbələ Beynəlxalq Hava Limanı, Zaqatala Beynəlxalq Hava Limanı, Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı. Qeyd edilən hava limanlarından dünyanın 37 ölkəsinin 107 hava limanına uçuşlar təşkil edilir.

Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi ilə bağlı milli proqramların hazırlanması tələbi Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarında öz əksini tapmışdır. Təşkilatının beynəlxalq standartlarına əsasən, üzv dövlətlər əlilliyi olan şəxslərin səyahətlər zamanı əlçatan xidmətlərdən yararlanması, hava limanının (aeroportun) imkan və xidmətlərinin həmin şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üçün lazımi addımlar atılması, habelə hava gəmisi qəzasının baş verdiyi dövlət və onunla həmsərhəd dövlətlər tərəfindən aviasiya hadisəsi qurbanlarının ailə üzvlərinin müvəqqəti olaraq öz ərazilərinə daxil olmasını asanlaşdırmaq məqsədilə tədbirlər görülməsini, sərnişin məlumat bazasının yaradılmasını təmin etmək öhdəliyini öz üzərlərinə götürürlər. Mövcud vəziyyətin təhlili Hava daşımalarının sadələşdirilməsi sərhəd nəzarəti ilə bağlı proseslərin səmərəli idarə edilməsində və beynəlxalq hava daşımalarının sürətləndirilməsində mühüm rol oynayır. Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurası 2024-cü ili “Rəsmiyyətin sadələşdirilməsi ili” elan etmişdir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı bununla bağlı miqrasiya, karantin, gömrüklə bağlı qanunvericiliyin həyata keçirilməsində hava gəmilərinin, hava gəmisi heyətinin, sərnişinlərin, eləcə də yükün əsassız gecikmələrinin 3 qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi üçün dövlətlərlə qarşılıqlı əməkdaşlıq edir

Hava daşımalarının əsas hədəflərindən biri olan beynəlxalq daşımalarda sərhəd, miqrasiya və gömrük prosedurlarının səmərəli və təhlükəsiz şəkildə yerinə yetirilməsi daha çox səyahət sənədlərinin sürətli və effektiv qiymətləndirilməsindən asılıdır. Bu prosesdə sərnişinlərin və ya hava gəmisi heyətinin hərəkətinin idarə edilməsi ilə məşğul olan şəxslər sənədləri yoxlamalı, onların həqiqiliyinə əmin olmalı, sahibini təsdiq etməli və qaydalara operativ və effektiv şəkildə riayət etməlidirlər. Bu prosesdə hər hansı gecikmə səmərəliliyə mənfi təsir göstərə bilər və aviasiyanın iqtisadi baxımdan effektivliyini və dayanıqlılığını azalda bilər. Müasir dövrdə həmin prosesin sadələşdirilməsində elektron və rəqəmsal sənədlər vacib rol oynayır. Belə ki, səyahət sənədləri kontaktsız qurğu vasitəsilə dəqiq və operativ oxuna bilər. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə yanaşı, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair hazırlanacaq qaydalar bu prosesə cəlb olunan dövlət orqanlarının (qurumlarının) vəzifələrini dəqiq müəyyən etməklə Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarının effektiv icrası, səmərəli koordinasiyanın təşkili Azərbaycan Respublikasının bu sahədə üzərinə götürdüyü öhdəliliklərin yerinə yetirilməsinə imkan verəcəkdir.

DÖVLƏT PROQRAMININ PRİORİTET İSTİQAMƏTLƏRİ

Dövlət Proqramının prioritet istiqamətləri sirasında hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində nəzarət və icra prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsinin qanunvericilikdə yeni olmasını nəzərə alaraq, müvafiq beynəlxalq standartların və tövsiyə olunan təcrübənin öyrənilməsi, habelə nəzarət və icra prosedurlarının uyğunlaşdırılması prosesinin aparılmasının zəruriliyi nəzərdə tutulur. Rəsmiyyətin sadələşdirilməsi sahəsində dünya təcrübəsinin araşdırılması, beynəlxalq təcrübə, habelə ölkə üzrə mövcud vəziyyətin monitorinqi və təhlili əsasında hava limanlarında (aeroportlarda) hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqramın tərtib edilməsi kmki tədbirlər reallaşacaq.

Dövlət Proqramında qeyd olunduğu kimi, aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində, habelə qeydiyyat məlumatlar sisteminin beynəlxalq standartlar əsasında qurulmasında texniki çətinliklər yarana bilər. Çətinliklərin aradan qaldırılması məqsədilə dövlət orqanları (qurumları) arasında məlumatlar sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində qarşılıqlı fəaliyyətin daha çevik təmin edilməsi məqsədilə və məlumatlar sisteminin bir çox sahələri əhatə etdiyini nəzərə alaraq, təhlillər aparılması və həmin təhlillər əsasında razılaşdırılmış normaların müəyyən edilməsi məqsədəuyğun hesab olunur. Bununla əlaqədar müvafiq işçi qruplar yaradıla bilər.

Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi, əməliyyatların səmərəliliyinin artırılması, ticarətin və turizmin inkişafına töhfə verməklə iqtisadi inkişafın və məşğulluğun artırılması, dövlət sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi, keyfiyyətli aviasiya xidmətlərinə əlçatanlığı təmin etməklə sərnişinlərin səyahət təcrübəsinin yaxşılaşdırılması və s. Dövlət Proqramının məqsədlərindəndir.

Ölkə başçısının son illərdə mülki aviasiya sahəsinə göstərdiyi daimi diqqət və qayğısının nəticəsi olaraq bir çox nailiyyətlərə imza atılıb. Ölkə Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində mülki aviasiyamız 2003-cü ildən etibarən inkişafının keyfiyyət və miqyası etibarilə yeni bir mərhələsinə qədəm qoyub. Milli aviasiyanın inkişafı, infrastrukturunun təkmilləşdirilməsi və aviaparkın yeniləşməsində Prezident İlham Əliyevin qayğı və diqqəti də olduqca böyük əhəmiyyətə malikdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, aviasiya sahəsində kompleks tədbirlər həyata keçirilir. Paytaxt və regionlarda olan hava limanlarının maddi-texniki bazası möhkəmləndirilib, müasir xidmət infrastrukturu yaradılıb. Mülki aviasiya sahəsindəki uğurlar bizə deməyə əsas verir ki, ölkəmizin coğrafi cəhətdən olduqca əlverişli mövqedə yerləşməsi ölkəmizin dünyanın hava nəqliyyatı sistemindəki rolunu daha da artırır. Ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərən Cənab İlham Əliyevin tapşırıq və göstərişlərinin yüksək səviyyədə icra olunması Azərbaycanın aviasiya sahəsinin tamamilə yeni mərhələyə çıxarılmasına şərait yaradıb.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Mart 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri