Sertifikat və sınaq nəticələri beynəlxalq standartlara uyğun olacaq Yeni qanun
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir.
Milli.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" və "Standartlaşdırma haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, səriştəlilik sınaqlarının təşkili üzrə təminatçıların, validasiya orqanlarının və verifikasiya orqanlarının uyğunluğu qiymətləndirən qurumlar sırasına daxil edilməsi təmin ediləcək.
Bununla əlaqədar qanuna yeni anlayışlar əlavə ediləcək:
səriştəlilik sınağı - nəticələrini təqdim edən şəxslərin fəaliyyətinin laboratoriyalararası müqayisələr vasitəsilə qiymətləndirilməsi prosesi;
validasiya - obyektiv sübutların təqdim edilməsi yolu ilə bəyan edilmiş məlumatın təsdiqi;
verifikasiya - qiymətlən-dirmə obyektlərinin texniki normativ hüquqi aktlarda müəyyən edilmiş tələbləri yerinə yetirdiyinə dair təqdim olunmuş sübutlara əsasən təsdiqlənməsi.
Qeyd edilib ki, qanun layihəsi uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sisteminin təkmilləşdirilməsinə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, bununla da akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilən uyğunluq sənədlərinin (müvafiq sertifikatların, sınaq nəticələrinin və s.) beynəlxalq səviyyədə tanınmasına xidmət edəcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 16 Dekabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















