“Mümkün qədər tez razılığa gəlmək istəyirik”
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
İran və ABŞ arasında nüvə proqramı ilə bağlı gərginlik fonunda rəsmi Tehran Vaşinqtonla mümkün qədər tez razılığa gəlmək istədiyini bəyan edib.
“Cebheinfo.az” xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi NPR radiosuna müsahibəsində ölkəsinin lazımi addımları atmağa hazır olduğunu bildirib.
Diplomat qeyd edib ki, İran tərəfi sanksiyaların ləğvi və nüvə məsələsinin həlli üçün hər şeyi etmək niyyətindədir.
Xarici işlər naziri Seyid Abbas Əraqçi isə bildirib ki, yeni saziş həm nüvə proqramının dinc xarakterini təmin etməli, həm də sanksiyaların aradan qaldırılmasını əhatə etməlidir.
Qeyd edək ki, Tehran Cenevrədə keçirilən danışıqlarda zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Rusiyaya göndərməyi və fəaliyyətləri üç il müddətinə dayandırmağı təklif etsə də, Tramp administrasiyası proqramın tamamilə ləğvini tələb edir.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 25 Fevral 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















