Icma.az
close
up
RU
Münaqişədən yorulan dünyanı sülhə çəkməyə çalışan Tramp, Putini ortaq məxrəcə gətirmək istəyir

Münaqişədən yorulan dünyanı sülhə çəkməyə çalışan Tramp, Putini ortaq məxrəcə gətirmək istəyir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Financial Times (FT) xarici əlaqələr üzrə baş şərhçisi Gideon Rachman avropalı rəsmilərə istinadən ABŞ prezidenti Donald Trampın Baltikyanı və ola bilsin ki, digər Avropa ölkələrindən qoşunlarını çıxara biləcəyini və bununla da Avropa İttifaqını (Aİ) həssas vəziyyətə sala biləcəyini bildirib. Məqalədə deyilir ki, Tramp Ukrayna prezidenti Volodimir Zelenski və Aİ nümayəndələrini yan keçməklə Rusiya prezidenti Vladimir Putinlə Ukrayna ilə bağlı sövdələşmə bağlamaq niyyətindədir. Məqalə müəllifi hesab edir ki, bu, təkcə Ukrayna üçün deyil, Avropanın qalan hissəsi üçün də “faciəli” nəticələr verə bilər. Məqalə müəllifi hesab edir ki, danışıqlar zamanı Rusiya guya NATO qoşunlarının bütün keçmiş SSRİ ərazisindən çıxarılmasında israr etmək niyyətindədir.

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, geosiyasi arenada son 10 ildə dünyanın coğrafiyasına təsir edən güclər tərəfindən bölünmə prosesi başlayıb. Hərbi ekspertin sözlərinə görə, bunun üçün əvvəl müəyyən yumşaq təzyiq mexanizmasından istifadə olunurdu, sonra artıq qaynar fazaya keçərək güc nümayişi müşahidə edildi: “Bura həm Ukraynada gedən proseslər, həm Yaxın Şərqdəki prosesləri aid etmək olar. Burada güc nümayişindən sonra, dünya postmünaqişə dövrünə addım atır və bunu dünya coğrafiyasının bölünməsinin üçüncü mərhələsi kimi qəbul etmək olar”.

Şair Ramaldanov

Şair Ramaldanov qeyd edib ki, təzyiq və sanksiyalar fonunda əzələ nümayişi, bu iki mərhələni sınaqdan keçirəndən sonra postmünaqişə dövründə güclər öz imkanlarını götür-qoy edir, təsir dairələrini müəyyənləşdirirlər.

“Yəni artıq sülhü təmin etməklə, qoyulan məqsədlərinə nail olsunlar. Bu səbəbdən də, biz bunun hamısını Trampın gəlişinə bağlayırıq”-deyən ekspert hesab edir ki, bu vəziyyət qlobal siyasətin nəticəsidir.

Şair Ramaldanovun fikrincə, bəlkə də Tramp prezident seçilməsə və başqası hakimiyyətə gəlsəydi, mövcud proses bu istiqamətdə və bu formada, hətta bu fonda davam edəcəkdi.

Şair Ramaldanov hesab edir ki, əgər bunu Ukrayna münaqişəsinə bağlayırıqsa, artıq dünya bundan yorulub: “O cümlədən ABŞ da bundan yorulduğunu göstərirdi. Yəni Tramp sadəcə ona ayırdığı tarix və ona ayırdığı zamanda özünəməxsus formada yanaşması ilə seçilir. Trampın gəlişindən sonra, məhz Putinə tərif yağdırması, komplimentlər deməsi, siyasi komplimentlər deməsi və s. - bütün bunlar hamısı onu göstərir ki, Rusiya geosiyasi arenada artıq güclü bir dövlət kimi qəbul olunur. Belə olduğu halda, Donald Trampın məqsədi hansısa məsələlərdə ortaq məxrəcə gəlmək, yaranmış soyuqluğu aradan götürmək və bu prosesləri Donald Trampın özünün istədiyi hədəfə doğru yönləndirməkdən ibarətdir. Bu da Putinsiz mümkün deyil”-deyə hərbi ekspert qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Fevral 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri