Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Münaqişələrin yeganə həlli ortak gələcək naminə birgə səylərin birləşdirilməsidir

Münaqişələrin yeganə həlli ortak gələcək naminə birgə səylərin birləşdirilməsidir

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı il oktyabrın 27-də Bakı şəhərində "Ortaq gələcək naminə dialoq" mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təntənəli açılış mərasimi keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət rəsmilərini, beynəlxalq təşkilatların rəhbərlərini, tanınmış mədəniyyət və elm xadimlərini bir araya gətirən bu möhtəşəm tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli və dərin məzmunlu çıxış etmişdir.

Prezident İlham Əliyev öz çıxışında Bakının artıq uzun illərdir ki, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında körpü rolunu oynayan qlobal platformaya çevrildiyini növbəti dəfə nümayiş etdirmişdir. Müasir dünyada artan geosiyasi gərginliklər, etnik və dini münaqişələr fonunda keçirilən bu forum, bəşəriyyətin dinc və birgəyaşayış prinsiplərinə əsaslanan "Bakı Prosesi"nin davamlılığının aydın göstəricisidir.
Prezident İlham Əliyevin nitqi müasir beynəlxalq münasibətlər sisteminin ən aktual problemlərini, humanitar diplomatiyanı və regional reallıqları əhatə edən bir neçə təməl sütun üzərində qurulmuşdur. 2008-ci ildən əsası qoyulmuş "Bakı Prosesi" sadəcə təşəbbüs deyil, artıq qlobal səviyyədə qəbul edilən effektiv bir mexanizmdir. Azərbaycan əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşadığı məkandır. Multikulturalizm Azərbaycan üçün sadəcə dövlət siyasəti deyil, eyni zamanda xalqın həyat tərzidir.
Forumda dövlət başçısının çıxışında vurğuladığı növbəti əsas məqamlardan biri də dünyada dərinləşən qütbləşməyə, ksenofobiya, islamofobiya və irqçilik təzahürlərinə qarşı birgə mübarizənin vacibliyidir. Bu mənada "Ortaq gələcək naminə dialoq" mövzusu yalnız müzakirə predmeti olmamalı, konkret əməli fəaliyyətlərə və beynəlxalq hüququn prinsiplərinə söykənməlidir.
Prezident İlham Əliyev Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlara toxunaraq, Azərbaycanın regionda davamlı sülhün və sabitliyin bərqərar olunması istiqamətində atdığı addımları nəzərə çatdırmışdır. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, tarixi və mədəni irsin bərpası, eləcə də Zəngəzur dəhlizi daxil olmaqla regional nəqliyyat və kommunikasiya layihələrinin qlobal inteqrasiyaya verdiyi töhfələr çıxışın mühüm tərkib hissəsi olmuşdur. Dünyanın üzləşdiyi ekoloji problemlər və iqlim dəyişikliyinin humanitar nəticələri də diqqət mərkəzində saxlanılmışdır. Ətraf mühitin mühafizəsi və yaşıl enerjiyə keçid məsələləri mədəniyyətlərarası dialoqun yeni tərkib hissəsinə çevrilməli, gələcək nəsillər üçün ekoloji məsuliyyət hissi formalaşdırılmalıdır.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu və yumşaq güc diplomatiyasındakı liderliyini bir daha təsdiqləmişdir. Şərq və Qərb sivilizasiyalarının qovuşacağında yerləşən Azərbaycanın dialoq üçün ən etibarlı platformadır. Xüsusilə mədəniyyətlərarası anlaşmanın gələcək nəsillərə ötürülməsi üçün təhsil layihələrinin və gənclər mübadiləsinin genişləndirilməsi olduqca böyük əhəmiyyət daşıyır. Beynəlxalq təşkilatların, o cümlədən BMT, UNESCO, UNAOC və ICESCO-nun dialoqun təşviqindəki rolunun artırılması isə bu işə mühüm töhfə verəcək.
Bir sözlə, Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı təkcə tədbirin açılış nitqi deyil, müasir dünyanın qarşısında duran çağırışlara qarşı aydın cavab və fəaliyyət proqramıdır. Bakı Forumu bir daha sübut etdi ki, münaqişələrin, parçalanmaların və ziddiyyətlərin yeganə həlli yolu dialoq, qarşılıqlı hörmət və ortaq gələcək naminə birgə səylərin birləşdirilməsidir. Azərbaycan bu nəcib missiyanı özünün xarici siyasətinin prioritet istiqaməti kimi uğurla davam etdirir.

Vüsar İsmayılov
Yeni Azəbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri