Münasibətiniz dağılırsa, bu 3 siqnalı qaçırmayın
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Psixoloq Silviya Severino münasibətlərin tezliklə bitə biləcəyini göstərən üç əsas davranış əlamətini açıqlayıb.
Ölkə.az xəbər verir ki, bu barədə o, "El Economista" nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, ilk əlamət partnyorun dəyişkən əhvalıdır. Belə ki, bir gün mehriban və diqqətli olan insan, digər gün soyuq və uzaq davrana bilər. Psixoloq bildirir ki, bu, sizin davranışınızla bağlı deyil, sadəcə o, artıq emosional olaraq uzaqlaşmağa başlayıb, lakin hələ ayrılmağa cəsarət etmir.
İkinci əlamət emosional məsafənin artmasıdır. Severinonun sözlərinə görə, belə hallarda partnyor daha az ünsiyyət qurur və münasibəti qorumaq üçün səy göstərmir. Əksinə, qarşı tərəf münasibəti davam etdirməyə çalışsa da, o, prosesin öz-özünə dağılmasına imkan verir.
Üçüncü əlamət isə tez-tez səslənən ittihamlardır. Psixoloq qeyd edir ki, bəzi insanlar qəsdən münaqişə yaradır ki, gələcəkdə ayrılığı bu səbəblərlə əsaslandıra bilsin.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 11 Aprel 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















