Icma.az
close
up
RU
Münasibətlər mühüm inkişaf dövrünü yaşayır

Münasibətlər mühüm inkişaf dövrünü yaşayır

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfəri olduqca əhəmiyyətlidir. İki ölkə arasında son dövrlər əlaqələrin daha da sıxlaşması, Liderlər arasındakı dostluq və səmimiyyət sözsüz ki, münasibətlərin xarakterinə də müsbət təsir edir. Azərbaycanla Macarıstan münasibətləri hazırda özünün mühüm inkişaf dövrünü yaşayır. Qarşılıqlı maraqlar üzərində qurulan əlaqələr hər iki ölkənin milli maraqlarının müdafiəsinə xidmət edir.” Bu sözləri Prezident İlham Əliyevin Macarıstan səfərinin əhəmiyyətini şərh edən YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan-Macarıstan münasibətləri son 20 ildə özünün mühüm inkişaf mərhələsini yaşayır: “Qarşılıqlı olaraq həyata keçirilən yüksək səviyyəli səfərlər əlaqələrin uğurla inkişaf etdiyinin təzahürüdür. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata verdiyi birgə bəyanatlarda da ölkələrimiz arasındakı tarixi bağlardan bir çox istiqamətlərdəki oxşarlıqlardan, son dövrlər münasibətlərin yüksələn xəttlə inkişafından bəhs edilib. Vurğulanıb ki, Azərbaycan II Qarabağ müharibəsi nəticəsində BMT-nin Nizamnaməsinə uyğun olaraq özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyev bəyan edib ki, “Biz öz ərazimizdə müharibə aparmışıq. Ermənistanın 30 illik işğalına son qoymuşuq”. Ölkəmizin başçısının da qeyd etdiyi kimi, 44 gün ərzində Azərbaycan BMT-nin Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə suverenliyini bərpa edib. Eyni zamanda bu gün Azərbaycan sülh təşəbbüskarı olduğu da bir daha diqqətə çatdırılıb. II Qarabağ müharibəsindən sonra sülh danışıqlarının təşəbbüskarı Azərbaycan olub. Amma bütün bunlara baxmayaraq Ermənistan tərəfi hələ də sülh müstəvisində siyasi iradə nümayiş etdirməkdə çətinlik çəkir. Fundamental sülh üçün isə Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalı və ATƏT-in Minsk Qrupundan imtina edilməlidir. Rəsmi Bakınnı bu mövqeyi beynəlxalq hüquqa əsaslanır. Təəsüf ki, İrəvan hələ də bu prosesi uzatmaqla gözləmə mövqeyi tutmaqla məşğuldur”.
Deputat ölkəmizin başçısının səfərində həmçinin Azərbaycanla Macarıstan arasındakı energetika sahəsində uğurlu əməkdaşlığın da bir daha diqqətə çatdırıldığını bildirib: “Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları ilə yanaşı növbəti ildə bu istiqamətində kontraktın imzalanacağı nəzərdə tutulur. Beləliklə, Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Bu uğurlu enerji əməkdaşlığın nəticəsi olaraq ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başlanılıb. Bununla belə ölkəmizin başçısının da qeyd etdiyi kimi Azərbaycan Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər. Bu bir reallıqdır ki, bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edirik ki, onlardan 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Məhz Avropa Komissiyası tərəfindən Azərbaycanın Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi dəyərləndirlməsi heç də təsadüfi deyil. Ənənəvi enerji resursları ilə yanaşı Azərbaycanla Macarıstan arasında yaşıl enerji üzrə fəal işlər həyata keçirilir. Azərbaycanın böyükmiqyaslı yaşıl enerji gündəliyi məhz bu məqsədlərin reallaşmasına hesablanıb”.
Sevinc Hüseynova Azərbaycanla Macarıstan arasında digər məsələlərdə də iki dost və tərəfdaş ölkə kimi fəaliyyət göstərdiyini söyləyib: “Məhz Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının (TDT) ikinci qeyri-rəsmi Zirvə görüşü keçirilib. Birinci Zirvə görüşü isə ötən il Şuşa şəhərində keçirilib. Azərbaycanın təşəbbüsü ilə reallaşan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşləri artıq ənənə xarakteri alıb. Bütün bunlar onu göstərir ki, Macarıstan öz tarixi köklərinə bağlıdır. Macarıstan Azərbaycanın etibarlı tərəfdaşlarından biri kimi müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Çünki bu gün xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Amma bütün bunlara rəğmən Macarıstanın inkişafı onun dostlarını xüsusən də Azərbaycanı sevindirir. Əldə edilən yüksək səviyyəli nəticələr isə hər iki ölkənin əlaqələrinin daha da yüksəlməsinə, milli maraqlarının müdafisənin güclənməsinə xidmət edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 May 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri