Icma.az
close
up
RU
Qarsda Türkiyə Azərbaycan Regional İqtisadi Forumu keçirilib

Qarsda Türkiyə Azərbaycan Regional İqtisadi Forumu keçirilib

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Qars şəhərində Azərbaycan və Türkiyə iş adamlarının iştirakı ilə Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib. Bu məqsədlə bir qrup Azərbaycan iş adamı, o cümlədən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasına üzv olan sahibkarlar və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Qars şəhərinə səfər ediblər.

Oxu.Az xəbər verir ki, ölkəmizin Qars şəhərindəki Baş Konsulluğunun dəstəyi, Türkiyənin Odalar və Borsalar Birliyi, Qars Ticarət və Sənaye Palatasının və KOBİA-nın birgə təşkiatçılığı ilə keçirilən forumda hər iki ölkənin iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən biznes nümayəndələri ilə yanaşı, Türkiyənin Ardahan, İğdır, Ağrı, Erzurum, Van kimi bölgələrinin ticarət palatalarının, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) regional nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Forumun məqsədi Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, xüsusilə Naxçıvan Muxtar Respublikasının biznes imkanları barədə Türkiyə iş adamlarını məlumatlandırmaq, eləcə də sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, ikitərəfli ticarətin, o cümlədən sərhədyanı ticarətin təşviq edilməsidir.

Tədbirdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Qars valisi Ziya Polat, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozan və KOSGEB-in sədr müavini Selim Serkan Ercan mövzu ətrafında çıxış edərək, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin və regionlararası əməkdaşlığın genişləndirilməsinə, yeni əməkdaşlıq istiqamətlərinə dair fikir və təkliflərini bölüşüblər.

Forum çərçivəsində Azərbaycan və Türkiyə tərəfindən hər iki ölkənin biznes və investisiya imkanları, sərhədyanı ticarətə dair potensial barədə təqdimatlar keçirilib, şirkətlər fəaliyyətləri və mümkün əməkdaşlıq istiqamətləri barədə çıxış ediblər.

Səfər çərçivəsində Azərbaycan iş adamları Qarsda fəaliyyət göstərən bir sıra müəssisələrdə olub, yerli iş adamları ilə ikitərəfli görüşlər keçiriblər.

Eyni zamanda, KOBİA nümayəndələri Qars Ticarət və Sənaye Palatasının rəhbəri Kadir Bozan, Qars Valisi Ziya Polat və Qars Bələdiyyə başkanı Ötüken Senger ilə görüşüb. Görüşlərdə biznes dairələri arasında əməkdaşlıq, regionlararası əlaqələrin genişləndirilməsi imkanları, sərhədyanı ticarət üçün potensialdan istifadə və bu sahədə müvafiq təşkilatların birgə fəaliyyəti müzakirə edilib. Həmçinin, KOBİA nümayəndələri Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunda olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyun 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri