Icma.az
close
up
RU
Müntəzəm nar şirəsi qəbulu təzyiqə necə təsir edir? Mütəxəssislərin cavabı

Müntəzəm nar şirəsi qəbulu təzyiqə necə təsir edir? Mütəxəssislərin cavabı

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Nar şirəsinin müntəzəm qəbulu yüksək təzyiqdən əziyyət çəkən insanlarda həm sistolik (yuxarı), həm də diastolik (aşağı) arterial təzyiqin azalmasına kömək edə bilər. 
Demokrat.az
xəbər verir ki, bu barədə “Verywell Health” nəşri yazır.
Məlumata görə, təsir qəbul edilən miqdardan asılı ola bilər. 2023-cü il icmalına əsasən, gündəlik 300 ml nar şirəsi sistolik təzyiqi orta hesabla 6 mm civə sütunu azaldır. Daha yüksək dozalar əlavə təsir göstərməsə də, diastolik təzyiqi təxminən 3 mm civə sütunu aşağı sala bilər.
Narın təsiri həm qısamüddətli, həm də uzunmüddətli ola bilər. 2023-cü il tədqiqatı göstərir ki, bu təsir iki aydan sonra zəifləyə bilər, lakin 2017-ci il icmalı daha sabit və uzunmüddətli faydalar barədə məlumat verir.
Effektivlik isə fərqli ola bilər. 2024-cü il icmalı göstərib ki, ilkin sistolik təzyiqi 130 mm civə sütunundan yuxarı olan insanlarda nar şirəsinin təsiri daha güclü olur.
Bununla yanaşı, nəticələr hər zaman birmənalı deyil. 2017-ci ildə altı klinik tədqiqatın icmalı narın arterial təzyiqə təsiri ilə bağlı qarışıq nəticələr ortaya qoyub – bəzi hallarda müsbət təsir müşahidə edilib, digərlərində isə yox.
Həmçinin nar şirəsi bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər. Onun tərkibindəki maddələr təzyiq əleyhinə dərmanların, statinlərin, antidepressantların və iltihabəleyhinə preparatların təsirini dəyişə bilər.
Nar şirəsi təzyiqi necə azaldır
Nar polifenollarla zəngin qidalandırıcı meyvədir. Bu maddələrin antioksidant xüsusiyyətləri sayəsində arterial təzyiqin azalmasına təsir etdiyi hesab olunur.
Narın əsas aktiv komponentləri – pedunkulagin, punikalin və qallik turşusu – təzyiqə bir neçə mexanizmlə təsir edir.
Onlar oksidativ stresi azaldaraq damarları zədələyən sərbəst radikalları neytrallaşdırır və damarların elastikliyini yaxşılaşdırır.
Eyni zamanda bu maddələr angiotenzin çevirici fermentin (ACE) fəaliyyətini zəiflədərək damarların genişlənməsinə kömək edir və təzyiqi aşağı salır.
Bundan əlavə, onlar orqanizmdə damarları boşaldan azot oksidinin (NO) səviyyəsini artıraraq qan dövranını yaxşılaşdırır.
Faydaları və mümkün risklər
Nar şirəsi ümumiyyətlə təhlükəsiz hesab olunur və C və K vitaminləri, fol turşusu, kalium və maqnezium kimi faydalı maddələrlə zəngindir. Bir stəkan (təxminən 240 ml) nar şirəsində təxminən 165 kalori olur.
Yan təsirlər nadir hallarda müşahidə edilir, lakin bəzi insanlarda mədə pozğunluğu, yüngül ürəkbulanma, qəbizlik və ya yüksək dozada ishal baş verə bilər. Nadir hallarda allergik reaksiyalar da mümkündür.
Bununla yanaşı, tərkibində yüksək miqdarda şəkər – təxminən bir stəkanda 26 qram – olduğuna görə nar şirəsi diabeti olan şəxslər üçün uyğun olmaya bilər.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri