Icma.az
close
up
RU
Mütəmadi nar şirəsi içmək qan təzyiqinə necə təsir edir?

Mütəmadi nar şirəsi içmək qan təzyiqinə necə təsir edir?

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nar şirəsinin müntəzəm istifadəsi yüksək təzyiqdən əziyyət çəkən insanlarda həm sistolik, həm də diastolik arterial təzyiqin azalmasına kömək edə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, nar şirəsinin təsiri qəbul edilən miqdardan asılıdır.

2023-cü il araşdırması göstərib ki, gündəlik təxminən 300 ml nar şirəsi qəbul edən insanlarda sistolik təzyiq orta hesabla 6 mm civə sütunu qədər azalır. Daha yüksək dozalar sistolik təzyiqə əlavə təsir göstərməsə də, diastolik təzyiqin təxminən 3 mm civə sütunu azalmasına səbəb olur.

Tədqiqatlar göstərir ki, nar şirəsinin təsiri həm qısamüddətli, həm də uzunmüddətli ola bilər. Bəzi araşdırmalara görə, bu təsir iki aydan sonra zəifləyə bilər, digər nəticələr isə daha davamlı müsbət təsir olduğunu göstərir. Eyni zamanda, təsirin dərəcəsi insanın ilkin təzyiq göstəricilərindən də asılıdır. Məsələn, başlanğıc təzyiqi 130 mm civə sütunundan yüksək olan şəxslərdə daha aydın nəticələr müşahidə edilib.

Bununla yanaşı, nar şirəsinin təsiri hər zaman eyni olmur. Bəzi klinik tədqiqatlarda müsbət nəticələr qeydə alınsa da, digər hallarda əhəmiyyətli dəyişiklik müşahidə edilməyib. Həmçinin mütəxəssislər xəbərdarlıq edirlər ki, nar şirəsi bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər. Xüsusilə hipertoniya dərmanları, statinlər, antidepressantlar və iltihab əleyhinə preparatların təsirini dəyişdirə bilər.

Nar tərkibində polifenollarla zəngin olan faydalı meyvədir. Bu maddələr antioksidant xüsusiyyətləri sayəsində arterial təzyiqin azalmasına kömək edir. Onlar orqanizmdə sərbəst radikalları zərərsizləşdirərək damarların elastikliyini qoruyur, qan damarlarını daraldan fermentlərin fəaliyyətini zəiflədir və azot oksidinin səviyyəsini artıraraq damarların genişlənməsinə şərait yaradır.

Ümumilikdə nar şirəsi təhlükəsiz hesab olunur və C və K vitaminləri, fol turşusu, kalium və maqnezium kimi faydalı maddələrlə zəngindir. Lakin bəzi insanlarda nadir hallarda mədə narahatlığı, ürəkbulanma, qəbizlik və ya ishal kimi yan təsirlər yarana bilər. Həmçinin tərkibində şəkərin yüksək olması səbəbindən şəkərli diabeti olan şəxslərə ehtiyatla istifadə etmək tövsiyə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 May 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri