Icma.az
close
up
RU
Müntəzəm tibbi müayinələr infarkt riskini azaldır Mütəxəssis RƏYİ

Müntəzəm tibbi müayinələr infarkt riskini azaldır Mütəxəssis RƏYİ

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Karadeniz Texniki Universitetinin (KTÜ) Tibb Fakültəsinin Kardiologiya kafedrasının müəllimi Dr. Nurcemal Şentürk bildirib ki, xüsusilə risk qrupuna daxil olan şəxslər infarkt riskinin qarşısını almaq və ani ölümlərin qarşısını almaq üçün erkən dövrdən etibarən müntəzəm tibbi müayinələrdən keçməlidirlər.

Şentürk son dövrlərdə infarkt hallarının artdığını vurğulayaraq qeyd edib ki, bu problem gənc yaşlarda da tez-tez müşahidə olunur. Onun sözlərinə görə, məhz bu səbəbdən mütəmadi sağlamlıq yoxlamaları və ürək müayinələri olduqca vacibdir.

“Ailəsində ürək xəstəliyi olanlar, gənc yaşda infarkt keçirmiş yaxınları olan şəxslər, siqaret çəkənlər və şəkərli diabetdən əziyyət çəkənlər risk qrupuna daxildir. Bu şəxslərdə infarktın erkən mərhələdə aşkarlanması üçün vaxtında və ətraflı müayinələr aparılmalıdır”, – deyə o bildirib.

Sherg.az xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yusif Nağıyev qeyd edir ki, infarkt riski yüksək olan xəstələr (şəkərli diabet, piylənmə və hipertoniyadan əziyyət çəkənlər) hər üç aydan bir müntəzəm tibbi müayinədən keçməlidirlər:

"Həmçinin, heç bir halda bu komorbid vəziyyətləri idarə etmək üçün təyin edilmiş dərmanların qəbuluna fasilə verməməlidirlər. Sağaldıqdan sonra stres vəziyyətindən mümkün qədər uzaq olmalı, 6 ay ərzində kofein, tütün, alkoqol, reseptsiz satılan bəzi öskürək və soyuqdəymə dərmanlarını qəbul etmək məsləhət görülmür. Profilaktikaya gəldikdə isə sağlam həyat tərzi çox vacibdir. Bura müntəzəm fiziki fəaliyyət, bədən çəkisinin korreksiyası və tərkibində duz, şəkər, nişasta (çips, şirin qazlı içkilər, qənnadı və kolbasa məmulatları) olan qidaların məhdudlaşdırılması daxildir.

Həmçinin psixoloji vəziyyəti bərpa etmək üçün istirahət önəmlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Yanvar 2026 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri