Müqavilə mətni ilə bağlı Trampa xəbərdarlıq
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Prezident Donald Tramp razılaşmanın mətninə dəyişiklik etməyə çalışarsa, İran da ABŞ ilə bağlanacaq müqavilənin mətninə öz düzəlişlərini edəcək.
"Unikal" xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Trampın müqavilə mətninə etdiyi düzəlişlər Tehranın onları avtomatik qəbul edəcəyi anlamına gəlmir. İran tərəfi belə dəyişikliklərə mütləq reaksiya verəcək. Mənbə əlavə edib ki, İslam Respublikası müqavilənin imzalanmaması ehtimalına da tam hazırdır.
Bazar günü “The New York Times” qəzeti ABŞ Prezidenti Donald Trampın İranla mümkün razılaşma üzrə daha sərt şərtlər irəli sürdüyünü yazıb. Qəzetin məlumatına görə, yenilənmiş şərtlər İran tərəfinə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 01 İyun 2026 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















