Icma.az
close
up
RU
Müqavilədə son bənd: “Belə halları həkimlər ört basdır edir, məsuliyyətdən yayınırlar”

Müqavilədə son bənd: “Belə halları həkimlər ört basdır edir, məsuliyyətdən yayınırlar”

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Təəssüf ki, bu cür əməliyyatlar çox dəb halına gəlib. Fikrimcə, buna səbəb televiziyalarda plastik əməliyyat edən həkimlərin həddən artıq reklam olunmasıdır”.

Bu sözləri “Yeni Sabah”a hüquqşünas İradə Cavadova bildirib.

O, geniş vüsət alan plastik əməliyyatlardan əvvəl pasientlə həkim arasında bağlanan müqavilə şərtlərinə aydınlıq gətirib: Toyuqlu pizza

“Təbii ki, hər bir əməliyyat çox risklidir. Hər kəsin fərdi orqanizmi var. Əməliyyatın fəsadları və bədənin reaksiyası da fərqlidir. Yüz ölçüb-bir biçəndən sonra qərar verilməlidir.

Çox zaman xanımlar lazım olmadığı halda əməliyyata üz tuturlar. Halbuki bədəni idman və sağlam qidalanma üsulları normal çəkiyə gətirmək də mümkündür.

Bütün əməliyyatlarda müqavilə imzalayır və orada sonuncu bəndlərdə hər hansı bir fəsadın olmasına dair müddəalar yer alır. Bu daha çox həkimlərin müdafiəsi üçün nəzərdə tutulur. Pasient sonradan müqaviləni dəyişə bilmir. Heç çox zaman pasient müqaviləni belə sonadək oxumur. Yaxud Oxuyub razı olmadığı təqdirdə əməliyyata alınmır.

Bəzi məqamlarda həkim səhlənkarlığı məsələsi müqavilədə öz yerini tapır. Lakin bu halı sübut etmək çox çətin olur. Nadir hallarda həkim səhlənkarlığı, narkozun düzgün verilməməsi isbat edilir.

Bu, təkcə plastik əməliyyatlara aid hal deyil. Keçən il belə bir hadisə baş vermişdi: qadın doğuşa gedərkən ona narkoz əvəzinə başqa dərman verilmiş və nəticədə komaya düşmüşdü. Təəssüf ki, belə hallar olur və həkimlər onu ört-basdır edilir.

Beləliklə, həkimlər məsuliyyətdən yayına bilirlər”.

İradə Cavadova plastik əməliyyat cərrahlarını bu vəziyyəti şou halına çevirməsini kəskin şəkildə qınayıb və Səhiyyə Nazirliyinin məsələyə müdaxilə etməsini zəruri hesab edib:

“Digər xoşagəlməz hal isə həkimlərin bu cür əməliyyatları bayağı hala gətirməsidir. Sosial şəbəkələrdə əməliyyatdan kadrlar paylaşaraq şou düzəldirlər. Hətta pasient narkoz halında olanda onun çılpaq videosunu çəkərək düzəldib paylaşırlar. Həmçinin, əməliyyat otağında rəqs edirlər ki, bu heç yaxşı hal deyil, məsuliyyətsizlikdir. Səhiyyə Nazirliyi buna çox ciddi reaksiya verməlidir. Ümid edirəm ki, verəcək. Ümumiyyətlə, plastik həkimlərin reklamı yığışdırılmalıdır”.

Aytac Əliyeva 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Avqust 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri