Müqaviləsi uzadılır, maaşı artırılır
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Real" yarımmüdafiəçisi Cud Bellinqemlə yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyiş əldə edib.
QOL.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
Məlumata görə, Madrid klubu 23 yaşlı futbolçu ilə müqaviləni daha iki il – 2031-ci ilin yayına qədər uzatmaq istəyir. “Kral klubu” həmçinin Bellinqemin illik maaşını 20 milyon avrodan 30 milyon avroya yüksəltməyə hazırdır.
Yeni sözləşmə imzalanacağı təqdirdə ingiltərəli futbolçu Kilian Mbappe və Vinisius Juniorla eyni səviyyədə maaş alacaq.
Qeyd edək ki, Bellinqem 2023-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 8 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Transfermarkt”ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçinin hazırkı bazar dəyəri 160 milyon avrodur.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 04 Oktyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















