Icma.az
close
up
RU
Murad Ağalarov: Uşaqların virtual mühitdə müdafiəsi kompleks yanaşma tələb edir

Murad Ağalarov: Uşaqların virtual mühitdə müdafiəsi kompleks yanaşma tələb edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 25 dekabr, Xatirə Cəfərova, AZƏRTAC

Bu gün təhsil, ailə və cəmiyyət üçün prioritet məsələlərdən biri də uşaqların virtual aləmdə müdafiəsidir. İnternetdən istifadə uşaqlara böyük imkanlar yaratmaqla yanaşı, həm də müəyyən risklər doğurur. Bu səbəbdən uşaqların müdafiəsi həm texniki, həm də maarifləndirici yanaşma tələb edir.

İnternet istifadəsi zamanı uşaqlar müxtəlif təhlükələrlə qarşılaşırlar. Bu təhlükələri – zərərli məzmun kontekstində yaşa uyğun olmayan görüntü və videolarla qarşılaşma, kiberzorakılıq çərçivəsində təhdid, təhqir və bullinq xarakterli davranışlara məruz qalma, şəxsi məlumatların oğurlanması və ya icazəsiz istifadəsi, eləcə də ekran asılılığı nəticəsində uşaqların psixoloji və sosial inkişafına mənfi təsir göstərən hallar kimi xarakterizə edə bilərik. Bəs bu təhlükələrdən müdafiə yolları hansılardır?

Mövzu ilə bağlı Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov AZƏRTAC-a açıqlamasında bildirib ki, ilk növbədə, valideynlər öz övladları ilə səmimi və etibarlı ünsiyyət yaratmalı, uşaqların internetdən istifadəsi üçün konkret qaydalar müəyyənləşdirməlidirlər. Yaşa uyğun nəzarət alətlərindən istifadə etməli, eyni zamanda, uşaqlara şəxsi məlumatların qorunmasının əhəmiyyəti, bu məlumatların onlayn mühitdə paylaşılmasının mümkün riskləri və nəticələri barədə aydın izahlar verməlidirlər.

Onun sözlərinə görə, təhsil mühitində müdafiə mexanizminin qurulmasında birinci növbədə müəllim və valideynlərin birgə əməkdaşlığı çox vacibdir. Valideynlərin rəqəmsal mühit barədə məlumatlandırılması və məktəblə daim ünsiyyətdə olması uşaqların davranışlarının daha effektiv müşahidəsinə imkan yaradır. Təhsil müəssisələrində rəqəmsal savadlılıq dərsləri şagirdlərin internetdən təhlükəsiz və düzgün istifadə bacarıqlarının formalaşdırılmasında müsbət rol oynaya bilər. Belə ki, bu dərslər vasitəsilə şagirdlər şəxsi məlumatlarının qorunması, dezinformasiyaların aşkar edilməsi və onlayn ünsiyyətdə etik normalar barədə biliklər əldə edə bilərlər. Təhsil mühitində psixoloji təhlükəsizliyə ciddi təhdid yaradan faktorlardan biri də kiberzorakılıqdır. Bu səbəbdən məktəblərdə kiberzorakılığa qarşı aydın və şəffaf qaydaların müəyyən edilməsi zəruridir. Effektiv mexanizmlər yalnız cəza tədbirlərini deyil, həm də profilaktik yanaşmaları əhatə etməlidir. Psixoloq və sosial pedaqoqların iştirakı ilə yaradılan dəstək mexanizmləri, anonim müraciət kanalları və maarifləndirici tədbirlər məktəb mühitində etimad və təhlükəsizlik hissinin gücləndirilməsinə mühüm töhfə verəcək.

Murad Ağalarov əlavə edib ki, ailə və təhsil mühitində görülən tədbirlərlə yanaşı, uşaqların virtual aləmdə müdafiəsi dövlət və ictimai səviyyədə də ciddi və sistemli yanaşma tələb edir. Bu problem təkcə fərdi təhlükəsizlik məsələsi deyil, cəmiyyətin gələcək inkişafına birbaşa təsir göstərən strateji çağırışdır. Dövlət səviyyəsində uşaqların onlayn hüquqlarını qoruyan qanunvericiliyin gücləndirilməsi, şəxsi məlumatların mühafizəsi və kiberzorakılıq hallarına qarşı aydın hüquqi mexanizmlərin tətbiqi prioritetlərdəndir. Paralel olaraq, ictimai maarifləndirici kampaniyalar vasitəsilə təhlükəsiz internet istifadəsi haqqında məlumatlar ictimaiyyət arasında təbliğ edilməlidir. Beləliklə, maarifləndirmə və hüquqi tənzimləmə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına imkan yaradır.

“Nəticə olaraq qeyd etmək istərdim ki, uşaqların virtual aləmdə təhlükəsizliyinin təmin edilməsi yalnız məhdudlaşdırıcı qadağalar və texniki nəzarət mexanizmləri ilə mümkün deyil. Bu proses daha çox maarifləndirməyə əsaslanan, qarşılıqlı etimad mühitində formalaşan ailə, təhsil müəssisələri və müvafiq dövlət qurumlarının birgə məsuliyyətini ehtiva edən kompleks yanaşma tələb edir. Uşaqların rəqəmsal mühitdə qarşılaşdıqları riskləri dərk etməsi, təhlükəsiz davranış bacarıqlarını mənimsəməsi güclü və dayanıqlı qoruma mexanizminin əsasını təşkil edir. Bu baxımdan, uşaq təhlükəsizliyi real həyatda olduğu kimi, rəqəmsal məkanda da yalnız fərdi deyil, ümumi ictimai məsuliyyət kimi qəbul edilməli və sistemli şəkildə qorunmalıdır”,-deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri