Murad Məmmədov Kiprdə oynamayacaq
Icma.az bildirir, Idman.biz portalına istinadən.
"Neftçi" futbol komandasının yarımmüdafiəçisi Murad Məmmədov Kipr çempionatında oynamayacaq. “Pafos”un yayda heyətinə qatmaq üçün razılaşdığı, ilkin müqavilə bağladığı futbolçu ilə bağlı planlar başqadır.
İdman.Biz xıbır verir ki, kiprlilər 3+1 illik müqavilənin bütün detallarında razılığa gəlib. Murad Məmmədovun “Neftçi” ilə anlaşmasının mövsümün sonunda başa çatacağını yazan futbolinfo.az “Pafos”un onu azad agent kimi əldə edəcəyini bildirir. Bakılılar yalnız yetişdirmə pulu alacaq ki, o da böyük məbləğ deyil.
Ən maraqlısı Məmmədovun Kiprdə yox, Latviyada oynayacağıdır. “Pafos” Muradın “Riqa”nın heyətində oyun praktikası qazanmasını istəyir. Yalnız bundan sonra o, Kiprə yollanacaq.
Muradın transfer edilərək “Riqa”ya icarəyə verilməsi təsadüfi deyil. Çünki hər iki klubun sahibi eyni adam – Roman Dubovdur. Bu şəxs əvvəllər İngiltərədə “Portsmut” və “Ridinq”in prezidenti olub. Yəni bu klubların hamısı Dubov üçün əlçatandır. O, müxtəlif ölkələrdən istedadlı oyunçuları toplayıb müxtəlif klublara yerləşdirir, daha sonra isə satır. Məmmədovun yolunun İngiltərəyə qədər uzanması onun özündən, özünü doğrultmasından asılı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 22 Mart 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















