Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Murad Mirzəyev Gənc nəsil üçün vətənpərvərlik nümunəsi

Murad Mirzəyev Gənc nəsil üçün vətənpərvərlik nümunəsi

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Tarixi zəfərimizə aparan yolun başlanğıcı olan Aprel döyüşlərinin 10-cu ildönümünü qeyd etdiyimiz günlərdə həmin döyüşlərin gerçək qəhrəmanlarını, qanları, canlarını Vətənə, onun azadlığı, bütövlüyünə qurban verənləri də böyük ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Məhz həmin qəhrəmanların 10 il əvvəl açmış olduğu cığırla addımlayan Azərbaycan Ordusu Tarixi Zəfəri bizə qazandırdı. Aprel döyüşləri həm də bizə Silahlı Qüvvələrimizin gizli qəhrəmanlarını, həyatını hərbə, ordumuzun güclənməsinə, bu sahənin incəliklərini öyrənib mənimsəməyə çalışan igidlərimizi tanıtdı. Onlardan biri də Murad Mirzəyev idi.
Təkcə Aprel döyüşlərində göstərdiyi şücaətə görə deyil, onun hərbi sahəyə olan marağı, bu sahədə əldə etdiyi nailiyyətlər, ona dərindən yiyələnməsi və tabeçiliyində olan əsgərlərə malik olduğu bilikləri ürəkdən, sevə-sevə çatdırması əminliklə deməyə əsas verir ki, Murad Mirzəyev Azərbaycan hərb tarixində adını qızıl hərflərlə yazdırmış qəhrəman zabitlərdən biridir. Murad Mirzəyev qəhrəmanlığı təkcə gənclər üçün bir vətənpərvərlik nümunəsi deyil, həm də bir vətənpərvər Azərbaycan oğlunun təqdimatıdır. O demək olar ki, anadan vətənpərvər doğulmuşdu. Muradın anadan olduğu tarix 31 marta təsadüf etdiyindən gənc yaşlarından, 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tarixi gerçəklərin üzə çıxmasından etibarən o, heç vaxt özünə ad günü keçirməz, adətən evə axşam saat 12-ni keçəndən sonra gələrdi ki, onu ad günü münasibətilə təbrik edən olmasın. Əslində bu gənc Muradın hələ yeniyetmə yaşlarından içində ermənilərə olan nifrətinin təcəssümü, eyni zamanda həm də vətənpərvərlik nümunəsi idi.
Məlumat üçün qeyd edək ki, Murad Mirzəyev 1976-cı ilin 31 mart tarixində Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmağa can atan Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991–1994-cü illərdə həmin hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Hərb həyatı boyunca Murad Mirzəyev Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatılıb.
Murad Mirzəyev Amerikada ranger kursunu bitirdikdən sonra vətənə qayıdır. O, Gəncə şəhərində "N" saylı hərbi hissələrin birində hərbi xidmətə başlayır. Sonralar isə Xüsusi Təyinatlı qüvvələrin zabiti olur. Xidmətə başlamasının 10-cu illiyində Murad Mirzəyev "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif olunur və bu mükafat Murad Mirzəyevin ilk mükafatı olur. Murad Mirzəyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)", yubiley medalları və "Qızıl Ulduz" medalı ilə təltif olunub.
Murad Mirzəyev Azərbaycan Ordusunun xüsusi təyinatlı zabiti kimi hərb sənətinə sırf peşə kimi yanaşmırdı. O, müqəddəs həyatını sərf etdiyi bu sahəyə müqəddəs bir missiya kimi baxırdı. Murad Mirzəyev heç vaxt özünü əsgərlərdən ayırmırdı. Bir komandir, zabit olaraq əsgərlərə ruh verir, onları öz arxasınca aparmağı bacarırdı. Komandir kimi bu xüsusiyyətlərinə görə, Murad əsgərləri üçün həm də nümunəvi rəhbər obrazı yaratmışdı.
Murad Mirzəyevin hərb yoluna nəzər yetirdikdə onun mənsub olduğu sahə üzrə bir neçə mühüm özəllikləri üzə çıxır ki, onlardan da biri qeyd etdiyimiz kimi liderlik nümunəsidir. O, klassik komandir modelindən fərqli olaraq əsgərləri ilə çiyin-çiyinə döyüşən lider idi. Bu, Azərbaycan Ordusunda müasir liderlik anlayışının formalaşmasına təsir edən mühüm nümunələrdən biridir. İkinci mühüm amil, Murad Mirzəyevin peşəkarlıq və hər zaman bütün situasiyalara hazırlıqlı olması ilə bağlıdır. Xüsusi təyinatlı zabit kimi onun hazırlıq səviyyəsi və döyüş taktikası müasir hərb elminin tələblərinə tam olaraq cavab verirdi. Nəhayət, üçüncü amil vətənpərvərliklə bağlı idi. Murad Mirzəyev təkcə hərbçi deyil, həm də milli ruhun daşıyıcısı əsl vətənpərvər idi. Onun həyat yolu, hərbi sahədə nailiyyət və uğurları, döyüş yolu gənc nəsil üçün vətənpərvərlik səhifəsidir.
Murad Mirzəyevin vətənpərvərliyinin son nümunəsi, son addımı Aprel döyüşləri oldu. 2016-cı ilin aprel ayında baş verən döyüşlər zamanı Murad Mirzəyev öz bölməsi ilə birlikdə ən təhlükəli istiqamətlərdə əməliyyatlara rəhbərlik edirdi. O, döyüş meydanında soyuqqanlılığı, operativ qərarvermə qabiliyyəti və şəxsi nümunəsi ilə seçilirdi. Ən çətin anlarda belə geri çəkilməyi deyil, irəli getməyi seçən Murad Mirzəyev əsgərlərinə də bu ruhu aşılayırdı. Onun rəhbərliyi ilə həyata keçirilən əməliyyatlar nəticəsində düşmən mövqelərinə ciddi zərbələr endirildi və strateji əhəmiyyətli yüksəkliklər ələ keçirildi. O, komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındaki yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur. Murad Mirzəyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bu gün Murad Mirzəyev kiçikdən böyüyə hər kəsin qəlbində, yaddaşında qəhrəman obrazı kimi yaşayır. Məhz bütün bu müsbət məziyyətlərdən irəli gələrək ötən 10 il müddətində Murad Mirzəyevin adının əbədliləşdirilməsi istiqamətində müəyyən addımlar atılıb, işlər görülüb. Bu istiqamətdə “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) də fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Belə ki, ATXƏM-in təşkilatçılığı ilə Murad Mirzəyevin qəhrəmanlığının gənc nəslə çatdırılması, onun döyüş yoluna nəzər salınması və göstərdikləri igidliklərin təbliği məqsədilə tanınmış telejurnalist, şair-publisist Bəxtiyar Qaraca tərəfindən “Bitməyən döyüşün qəhrəmanları” silsiləsindən “Muradına çatmayanlar” filmi çəkilib. Bu film həm də Murad Mirzəyevin Aprel döyüşlərinin qəhrəmanı kimi Azərbaycan xalqına təqdimatı idi.
44 günlük Vətən Müharibəsinin ilk addım səsləri olan Aprel döyüşləri Murad Mirzəyev, Samid İmanov və digər igidlərimizin qəhrəmanlıqları sayəsində bizi Tarixi Zəfərə apardı. Mübariz İbrahimov, Polad Həşimov, Murad Mirzəyev sanki 44 günlük Vətən Müharibəsində də əsgərlərlə birlikdə döyüşürdülər. Nəticədə onlar cismən də olmasa, ruhən muradlarına çatmış oldular.
İlham İsmayılov,
ATXƏM sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Aprel 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see628

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see328

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see320

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see244

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see236

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see234

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see217

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see217

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see214

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see207

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see197

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see191

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see189

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see188

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see186

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see185

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see179

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see171

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see163

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri