Murad Musayev: Bildirdim ki, Sabah ı yarı yolda qoya bilmərəm, amma anladım ki, gec tez evə qayıtmaq, Premyer Liqanı qazanmaq istəyirəm
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Sabah"ın sabiq baş məşqçisi, bir müddət əvvəl "Krasnodar"ı Rusiya çempionu etmiş Murad Musayev Masazır klubundakı dövrü xatırlayıb.
Sportal.az “sports.ru”ya istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis ölkəsinə qayıtmaq fikrinə düşməsindən də danışıb:
"Sabah”da işlədiyim dövrlə fəxr edirəm. İkinci mövsümdə çox yaxşı komanda toplaşmışdı. Hər şey də alınırdı. Həmin mövsümün ortasında “Krasnodar” baş məşqçisini dəyiışmişdi, Aleksandr Strojuk postundan getmişdi. Bir neçə gün Krasnodarda oldum, Vladimir Leonidoviç də bundan xəbərdar idi və məni görüşə dəvət etmişdi. Sual verdi ki, “sənin namizədliyini irəli sürə bilərik?”. Həmin vaxtı ona bildirdim ki, “Sabah”ı tərk edib, klub rəhbərliyini yarı yolda qoya bilmərəm.
“Sabah” çempionatda ikinci oldi, avrokuboklara vəsiqə qazandı. Həmin mövsümdən sonra dərindən anladım ki, gec-tez evə qayıtmaq və edə bilmədiyim şeyi: Rusiya Premyer Liqasını qazanmaq istəyirəm. Artıq baş məşqçi kimi böyümüşdüm və özümü inamlı hiss edirdim. Böyük sözlər demək istəmirəm, amma o an “Krasnodar”a qayıtmaq və çempionluq qazanmaq arzusunda idim”.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 04 İyun 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















