Murat Yakın İsveçrə millisinin heyətini açıqladı FOTO
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsveçrə millisinin ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatı (DÇ-2026) üçün heyəti açıqlanıb.
Moderator.az xəbər verir ki, bu barədə İsveçrə Futbol Assosiasiyası rəsmi məlumat yayıb.
Yığmanın türkəsilli baş məşqçisi Murat Yakın heyətə 26 futbolçu daxil edib.
İsveçrə millisinin DÇ-2026 üçün heyəti belədir:
Qapıçılar: Qreqor Kobel ("Borussiya Dortmund"), Marvin Keller ("Yanq Boys"), İvon Mvoqo ("Loryan");
Müdafiəçilər: Manuel Akanji ("İnter"), Niko Elvedi ("Borussiya Münhenqladbax"), Miro Muhayim ("Hamburq"), Rikardo Rodriges ("Real Betis"), Silvan Vidmer ("Maynts"), Luka Hakes ("Ştutqart"), Orel Amenda ("Ayntraxt Frankfurt"), Eray Cömert ("Valensiya");
Yarımmüdafiəçilər: Ardon Yaşari ("Milan"), Denis Zakariya ("Monako"), Qranit Caka ("Sanderlend"), Yohan Manzambi ("Frayburq"), Cibril Sou ("Sevilya"), Mixel Ebişer ("Piza"), Remo Froyler ("Bolonya"), Kristian Fasnaxt ("Yanq Boys"), Fabian Rider ("Auqsburq"), Noa Okafor ("Lids"), Ruben Varqas ("Sevilya"), Dan Ndoy ("Nottingem Forest");
Hücumçular: Sedrik İtten ("Fortuna"), Bril Embolo ("Renn"), Zeki Amduni ("Börnli").
Qeyd edək ki, İsveçrə millisi B qrupunda Qətər, Bosniya və Herseqovina və Kanada yığmaları ilə mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 May 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















