Icma.az
close
up
RU
Muraz Məmmədov: TMAİS valideyn məktəb əlaqələrini gücləndirir

Muraz Məmmədov: TMAİS valideyn məktəb əlaqələrini gücləndirir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Mədəniyyət Nazirliyi tərəfindən ilk dəfə istifadəyə verilən Təhsil Müəssisələrinin Analitik İdarəetmə Sistemi (TMAİS) təhsil sahəsində müasir idarəetmənin tətbiqinə imkan yaradan unikal rəqəmsal platformadır.Yeni sistem valideyn–məktəb və şagird–müəllim əlaqələrinin operativliyini artırmaqla yanaşı, idarəetmədə şəffaflıq, nəzarət və hesabatlılıq mexanizmlərini gücləndirir.

"Sherg.az" xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Muraz Məmmədov deyib. O, bildirib ki, TMAİS ilk dəfə olaraq təhsil sahəsində müasir idarəetmə modelinin təbliğini həyata keçirən rəqəmsal platformadır:

“Bu sistem vasitəsilə biz məktəb–valideyn kommunikasiyasını və şagird–müəllim əlaqələrini gücləndirməklə, şagirdin inkişaf dinamikasını aydın şəkildə ölçə bilirik. Elektron jurnal və elektron gündəlik modulları valideynlərə öz övladları barədə olan qeydləri və inkişaf göstəricilərini rahatlıqla izləməyə imkan yaradır. Eyni zamanda, müəllimlər elektron jurnal vasitəsilə öz dərs saatlarını, sinif otaqlarını və digər ətraflı məlumatları operativ şəkildə görə bilirlər”.

M. Məmmədovun sözlərinə görə, platforma şagirdlərin inkişaf dinamikasının ölçülməsinə, müəllim fəaliyyətinin tədris göstəriciləri ilə təhlilinə geniş şərait yaradır: “TMAİS çərçivəsində tətbiq olunan e-jurnal və e-gündəlik modulları pilot mərhələdə artıq effektivliyini nümayiş etdirib. Müəllimlərin dərs planlarını elektron şəkildə qeyd etməsi, davamiyyətin operativ daxil edilməsi, qiymətləndirmə nəticələrinin avtomatik formalaşması və valideynlərə ani bildirişlərin göndərilməsi təhsil prosesini daha şəffaf edir.

Valideynlər portal vasitəsilə övladlarının davamiyyətini, ev tapşırıqlarını, fənn nəticələrini və müəllim rəylərini real vaxtda izləyə biləcəklər ki, bu da ailə–məktəb əlaqəsinin güclənməsinə xidmət edir.

Hazırda sistemin bütün incəsənət məktəblərində mərhələli tətbiqi istiqamətində işlər davam etdirilir”.

Qeyd edək ki, TMAİS Mədəniyyət Nazirliyi tərəfindən ilk dəfə təqdim olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:499
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Dekabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri