Murovda itkin düşən hərbçinin nəşi tapıldı FOTOLAR KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Birinci Qarabağ müharibəsinin daha bir itkin-şəhidinin şəxsiyyəti müəyyənləşdirilib.
KONKRET.az xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu, Kərimov Şahin Heydər oğludur.
O, 1993-cü il aprelin 4-də Murovdağda itkin düşmüşdü.
2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra itkin-şəhidin meyitinin qalıqları tapılıb. Aparılan ekspertizalar nəticəsində qalıqların Şahin Kərimova aid olması dəqiqləşib.
Şəhid yaxın günlərdə Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, əslən Kəlbəcər rayonunun Zar kəndindən olan Ş.Kərimov 1972-cü il dekabr ayının 14-də Mingəçevir şəhərində doğulub.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başladığı bir dövrdə könüllü şəkildə ordu sırlarına qoşulub. Kəlbəcərdə gedən döyüşlərdə iştirak edib.
1993-cü il aprelin 4-də Murovdağda yaralanıb və onu döyüş meydanından çıxarmaq mümkün olmayıb. Həmin dövrdən itkin düşüb.
Subay idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 13 Fevral 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















